Lənkəranda Müstəqilliyimiz dönməz, əbədi və sarsılmazdır mövzusunda tədbir keçirilmişdir -

Lənkəranda “Müstəqilliyimiz dönməz, əbədi və sarsılmazdır” mövzusunda tədbir keçirilmişdir

Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı təsdiq edilmiş tədbirlər planını çərçivəsində Heydər Əliyev Mərkəzində “Müstəqilliyimiz dönməz, əbədi və sarsılmazdır” mövzusunda tədbir keçirilmişdir.

 

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində ümummilli liderin büstünün önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və foto şəkillərlə tanış olmuşlar.

 

Toplantıda Mərkəzin direktoru Reyhanə Sadıxova Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı məruzə etmişdir.
Müstəqil Azərbaycan Respublikasının son 25 ildə qazanılmış nailiyyətlərindən ətraflı söhbət açan Reyhanə Sadıxova, müstəqilliyimizin qorunub saxlanmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində ümummilli liderin əvəzolunmaz xidmətlərindən danışmış, ölkəmizin dünyanın ən inkişaf etmiş ölkələrlə bir sırada addımlamasında, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında ulu öndərin siyasi xəttinin layiqli davamçısı, Prezident İlham Əliyevin Vətən və xalq qarşısında xidmətlərini yüksək qiymətləndirmişdir.

 

Toplantıda çıxış edənlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasından, ölkəmizin bu günkü inkişafından qürur hissi keçirdiklərini, müstəqil Respublikamızın sabahının daha gözəl olacağından əminliklə söhbət açmışlar.

 

Sonda tədbir iştirakçıları Mərkəzin rəsm studiyası üzvlərinin Azərbaycanın dövlət müstəqilliyi gününə həsr olunan rəsm əsərləri ilə tanış olmuş və sənədli filmə tamaşa etmişlər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !