Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Lənkəran şəhərində vətəndaşları qəbul etmişdir -

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Lənkəran şəhərində vətəndaşları qəbul etmişdir

28 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Lənkəran şəhərində Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 22 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr məsələləri ilə bağlı 99, digər məsələlərlə bağlı müraciət etmiş 127 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunmuşdur. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !