DAA-nın Azərbaycan nümayəndəliyi Şəmkirdə qonaq oldu - FOTO

DAA-nın Azərbaycan nümayəndəliyi Şəmkirdə qonaq oldu FOTO

DAA -nın növbəti səfəri Azərbaycanın dilbər guşələrindən olan Şəmkir şəhərinə oldu.
Dünya Azərbaycanlıları Assambleyasının diaspora və lobbiçlilik üzrə vitse-prezidenti Sərraf Kərimov və Azərbaycan nümayəndəliyinin rəhbəri Könül Məmmədzadə ilk olaraq HeydəR Əliyev mərkəzində olub. Mərkəzin əzəmətli görünüşü və maraqlı arxitekturası qonaqları heyran edib. Mərkəzin məsul işçisi Fəxri Yusibov nümayəndə heyətini mərkəzlə tanış edib. Nümayəndə heyəti eyni zamanda Şəmkir Heydər Əliyev Mərkəzində gənc xanım, istedadlı şairə Mətanət Quliyevayla da səmimi söhbət edib.
Daha sonra qonaqlar YAP-IN Şəmkir rayon təşkilatının aparat rəhbəri Şövqü Həsənli və Mədəniyyət Mərkəzinin direktoru Tural Əliyevlə işgüzar görüş keçirib. Görüş çərçivəsində ölkəmizdə həyata keçirilən işlərdə əldə olunan uğurlardan danışılıb.
Nümayəndə heyətinin növbəti görüşü Şəmkir rayon icra başçısının humanitar məsələlər üzrə müavini Məleyke Əlizadəylə olub. DAA-nın diaspora və lobbiçlik üzrə vitse-prezidenti Sərraf Kərim ölkə başçısı İlham Əliyevin Şəmkir rayonuna hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını xüsusi olaraq qeyd edərək, ölkədə həyata keçirilən düşünülmüş siyasət nəticəsində əldə olunan uğurlardan danışıb və bunun ən böyük nümunəsinin Şəmkir rayonunda son aylarda həyata keçirilən işlərin nəticəsində hər birimizin daha açıq gördüyünü vurğrulayıb.
Məleykə Əlizadə isə Dünya Azərbaycanlıları Assambleyasının nümayəndə heyətini Şəmkirdə görməkdən məmnun olduğunu bildirib və DAA-nın gələcək fəaliyyətində uğurlar arzulayıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !