Millət vəkili Şahin İsmayilovun Beyləqan gəncləri ilə görüşü keçiriləcək -

Millət vəkili Şahin İsmayilovun Beyləqan gəncləri ilə görüşü keçiriləcək

81 saylı Beyləqan seçki dairəsindən V çağırış Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayilovun Bakı şəhərində Beyləqan gəncləri ilə görüşü keçiriləcək.
Görüşün keçirilməsində əsas məqsəd dövlət siyasətinin əsas istiqamətlərindən biri olan gəncləri dəstəkləmək, respublikamızın ictimai-siyasi həyatında Beyləqan gənclərinin fəal iştirakına və onların ictimai fəaliyyətlərinin düzgün istiqamətləndirilməsinə dəstək göstərməkdir.

 

Görüşdə 14-29 yaş arası bütün beyləqanlı gənclər qeydiyyatdan keçərək iştirak edə bilər. Görüşün keçirilmə yeri və tarixi barədə qeydiyyatdan keçən gənclərə ATGTİ əməkdaşları tərəfindən əlaqə saxlanılaraq ətraflı məlumat veriləcək.
Qeydiyyat üçün son tarix: 12.11.2016
Qeydiyyat üçün keçid: www.atgti.az/p/2346
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !