Aycan yeni quruluşda... - FOTO

“Aycan” yeni quruluşda... FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında artıq 89-cu mövsümün ilk uşaq tamaşasının məşqlərinə başlanılıb. Bu əsər, tanınmış məşhur uşaq yazıçısı, Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət mükafatı laureatı şair və dramaturq Xanımana Əlibəylinin “Aycan” əsəri əsasında hazırlanacaq eyniadlı tamaşadır. Məlumat üçün bildiririk ki, bu əsər ilk dəfə 42 il bundan qabaq Dövlət Gənc Tamaşaçılar Teatrında, Əməkdar İncəsənət Xadimi, rejissor Ulduz Rəfili tərəfindən hazırlanıb. Musiqili- nağıl janrında hazırlanan bu tamaşanın müəllifi Xanımana Əlibəyli, yaradıcı heyyətindən quruluşçu rejissor Ulduz Rəfili, bəsfəkasr Şəfiqə Axundova və rəqslərin quruluşçusu Nailə Nəzirova Dövlət mükafatına layiq görülüblər. Təbiət mövzusuna həsr olunan, güllərin və alaq otlarının mübarizəsi ön planda göstərilən, insanları təbiəti sevməyə və qorumağa yüksək səviyyədə təbliğ edən bu tamaşada 42 il bundan əvvəl Böyük Qanqal rolunda Xalq Artisti Firəngiz Şərifova olmaqla teatrın aparıcı aktrisaları çıxış ediblər. Həmin vaxtlar bu tamaşa uzun illər teatrın repertuarında ən əsas səhnə əsərlərindən biri olmaqla balaca tamaşaçıların da maraqla qarşıladığı tamaşalardan biri olub.
42 ildən sonra teatr bu əsərə ikinci dəfə müraciət edib. Artıq bu əsər quruluşçu rejissor, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlunun yeni redaktəsi ilə müzkl janrında yenidən tamaşaya hazırlanır. Bu tamaşanın quruluşçu rəssamı Olqa Şabanova, bəstəkarı Rüfət Ramazanov, rejissor assistentləri Anar Seyfullayev və Sona Mustafayevadir. Yeni səhnə əsərində rəqslərin və plastik hərəkətlərin quruluşu Yelena Volkovaya məxsusdur.
Tamaşada rolları teatrın orta yaşlı, gənc və istedadlı aktyorları Natiq Fərzəliyev, Təhminə Məmmədova, Anar Səfiyev, Asya Atakişiyeva, İradə Rəşidova, Simuzər Ağakişiyeva, Zümrüd Quliyeva, Könül Əbilova, Gülbəniz Mustafayeva, Anar Seyfullayev, Mirzəağa Mirzəyev, Nuranə Hüseynova, Xəyalə Meydanova, Müşfiq Əliyev, Ramiq Nəsirov, Yusif Dadaşov və Aygün Fətullayeva ifa edəcəklər. Tamaşanın məşqləri çox yaxşı gedir. Hər bir ifaçı istəyir ki, oynayacağı rol yadda qalan olmaqla balaca tamaçıların xoşuna gəlsin. Onlarda təbiətə qarşı böyük bir sevgi yarada bilsinlər.
Yeni tamaşanın noyabr ayının sonlarında tamaşaçılara təqdim olunması nəzərdə tutulur.
Məlumat üçün bildiririk ki, bu əsərdən başqa müəllifin “Dovşanın ad günü” əsəri əsasında hazırlanmış tamaşa cari ilin yanvar ayında Xalq Artisti Ağaxan Salmanlının quruluşunda üçüncü dəfə hazırlanaraq izləyicilərə təqdim olunub və maraqla oynanılır.
Onu da vurğulamaq istəyirik ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu gün respublikamızın ən aparıcı teatrlarından biri olmaqla, tamaşaçıların ən sevimli teatrıdır. Bu teatrın hər bir tamaşası çox maraqla qarşılanır və hər tamaşada da çoxlu tamaşaçılar iştirak edirlər. Onlar teatrın hər bir tamaşasından sonra çox razı gedirlər. Həm də öz ürək sözlərini, arzu və istəklərini teatrın foyesində qoyulmuş qeydiyyat kitabında yazırlar. Bu teatrın respublikadan kənarda olan qastrolları da böyük maraqla qarşılanır və xarici tamaşaçılar teatrın belə uğurlu tamaşalarına görə respublikamız haqqında xoş sözlər deyirlər. Deməli, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bir daha özünün respublikamızın ən aparıcı teatrlarından biri olduğunu hər tamaşası ilə sübut edir.
FƏRİDƏ
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !