Lənkəran teatrında Hacı Qara komediyasının premyerası olub - FOTO

Lənkəran teatrında “Hacı Qara” komediyasının premyerası olub FOTO

Noyabrın 2-də Lənkəran Dövlət Dram Teatrının səhnəsində Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasının premyerası olub. XIX əsrin 30-40-cı illərində Azərbaycan həyatının reallıqlarını əks etdirən tamaşanın quruluşçu rejissoru, Azərbaycan Dövlət “Yuğ” Teatrının baş rejissoru Gümrah Ömər, rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Zəminə Əliyevadır. Dövlət sifarişi ilə hazırlanmış səhnə əsərində əsas rolları xalq artisti Qabil Quliyev, əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev, aparıcı artislərdən Əlibala Əsgərov, Qızılgül Quliyeva, Allahverən Babayev, Əbülfəz Axundov, Səyad Əliyev, Aynur Əhmədova, Niftulla Əsgərov, Hikmət Cəfərov, Tərlan Abdullayeva, Nizami Qurbanov və digərləri canlandırıblar.

Qeyd edək ki, bu, Gümrah Ömərin Lənkəran teatrının səhnəsində qoyduğu üçüncü tamaşadır. Bundan əvvəl rejissor burada Əli Əmirlinin “Onun iki qabırğası” və Elçinin “Cəhənnəm sakinləri” əsərlərinə quruluş verib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !