DEPUTATIMIZ BOLQARISTANDA PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏK -

DEPUTATIMIZ BOLQARISTANDA PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏK

Milli Məclisin deputatı Rauf Əliyev noyabrın 4-dən 7-dək Bolqarıstanda keçiriləcək Prezident seçkilərini müşahidə etmək üçün bu ölkənin paytaxtı Sofiya şəhərində səfərdə olacaq.
Deputatımız prezident seçkilərinin gedişini Bolqarıstan Xalq Məclisinin deputatı, Bolqarıstan-Azərbaycan dostluq qrupunun rəhbəri Korman İsmayılovun dəvəti ilə izləyəcək. O, seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, paytaxtdakı müxtəlif seçki məntəqələrində olacaq, seçici hüquqlarının qorunması, yeni texnologiyaların tətbiqi və seçki prosesinin şəffaflığı ilə maraqlanacaq.

 

 

Milli Məclisin
Mətbuat xidməti  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !