Yevlaxda Uşaq hüquqlarının müdafiəsi mövzusunda konfrans keçirilib - + FOTO

Yevlaxda ”Uşaq hüquqlarının müdafiəsi” mövzusunda konfrans keçirilib + FOTO

Noyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Yevlax şəhərində ”Uşaq hüquqlarının müdafiəsi” mövzusunda konfrans keçirilib. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, şəhərin təhsil və mədəniyyət işçiləri iştirak ediblər.
Konfransı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev açaraq bildirib ki, Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamına əsasən, “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda uşaqların hüquqlarının qorunmasına dair müddəalar təsbit olunub və uğurla icra edilməkdədir. Bildirilib ki, ölkəmizdə uşaq aylığı ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsinin uşaqların hüquqlarınınn səmərəli təmininə və təbliğinə, həmçinin, onların fəallığına xidmət etdiyini qeyd edib.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Rahib İbrahimov, Fuad Şirinov, Yevlax şəhər 4 saylı məktəbin direktor müavini Sərdar Məmmədov məruzələrində uşaq hüquqlarının müdafiəsinin və uşaqların milli-mənəvi ruhda tərbiyə edilməsinin əhəmiyyətindən danışıblar. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !