Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasının 60 illiyinə həsr olunan yubiley mərasimi keçirilib - + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasının 60 illiyinə həsr olunan yubiley mərasimi keçirilib + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Azərbaycan Dövlət Radiosu 6 noyabr 1926-cı ildə yaradılmışdır. Hal-hazırda Azərbaycan Dövlət Teleradio Şirkətinin tərkibinə daxil olan Azərbaycan Dövlət Radiosunun 3 proqramı və 1 səsyazma evi mövcuddur. Azərbaycan Dövlət Radiosu (indiki adıyla Radio Respublika) 105 FM dalğasında yayımlanır. Müstəqillik qaqndığımız müddətdən demək olar ki bir çox gənc radiolarda var ki , xalqımıza xidmət edir. Onların yayımladıqları hər bir radio verlişlər istənilən mövzunu əhatə edir.
Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanıldı. Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində – Mehdi Hüseyn 1 adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova göründü. Çıxışını «Göstərir Bakı!» kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirildi. Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilirdilər. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış yox idi. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərirdi. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alırdılar. Seçim isə zəngin deyildi: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilir, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyurdu. 1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artmışdı. 70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı.2005-ci ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi. Televizoru açdığımız zaman kanalların sayının çox olmasına baxmayaraq yalnız bizə ən doğma və qocaman kanal Azərbaycan televiziyasıdır ki, hər bir verlişləri xalqın intellektinə , milli adətdət ənənələrinə onların tanınmasına xidmət edir.
Azpress.Az saytının məlumatına əsasən bildirrik ki, 4 noyabr 2016 cı il tarixində Heydər Əliyev adına Respublika sarayında möhtəşəm konsert proqramı ilə çıxış etmişdirlər. Konserti AR Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, AR Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun çıxışı ilə açan Milli televiziyanı ardı ardına Azərbaycan Respublikasının bir çox özəl telekanallarıda təbrikə təşrif buyurmuşdular. Konsert Simfonik orkestr, xalq çalğı ansambılı və bir çox müğənnilərin ifası ilə rəngarəng proqramla davam etmişdir. Nəzərinizə çatdıraq ki, tədbirdə bir çox ziyalılarımız, millət vəkilləri media nümayəndələri de iştirak edirdi.
Azərbaycan televiziyasının 60 Milli radiomuzun yaranmasının 90 illik yubileyi münasibətilə Azpress.Az İnformasiya Agentliyi əməkdaşları adında təbrik edir, orada çalışan bütün peşəkarlara uğurlar diləyirik.
AZpress.AZ , Minə Türksoy.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !