Xaçmazda Uşaq hüquqları aylığı çərçivəsində tədbir keçirilib -

Xaçmazda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xaçmaz şəhəri 7 saylı tam orta məktəbində “Uşaq hüquqları aylığı”na həsr olunmuş “Səmavi dinlərin uşaq hüquqları haqqında mülahizələri” adlı seminar – müşavirə keçirilib.Tədbirdə İnsan Hüquqları üzrə Müvəkkilin Quba Regional Mərkəzinin direktoru Bəhruz Əfəndiyev, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Samid Seyidov, Xaçmaz şəhəri 7 saylı tam orta məktəbin direktoru Şamama Nəsirova və Xaçmaz şəhərinin ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şamama Nəsirova bildirib ki, uşaq hüquqlarının qorunması sahəsində respublikamızda çoxsaylı proqram və layihələr icra edilib. Uşaqların sağlam mühitdə və yüksək səviyyədə təhsil alması məqsədi ilə yeni, müasir standartlara cavab verən məktəb binaları tikilərək onların istifadəsinə verilir. Bu sahədə Heydər Əliyev Fondunun müstəsna xidmətləri olduğunu bildirən məktəbin direktoru Ş. Nəsirova fondun prezidenti, İSESCO və UNESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu sahədəki müstəsna xidmətlərini diqqətə çatdırıb.
Tədbirdə geniş məruzə ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Samid Seyidov bəşəriyyətə məlum olan bütün səmavi dinlərdə uşaqlara ən saf və ülvi varlıqlar kimi yanaşıldığını bildirib.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na uyğun olaraq həyata keçirilən tədbirlər haqqında məlumat verib.
İnsan Hüquqları üzrə Müvəkkilin Quba Regional Mərkəzinin direktoru Bəhruz Əfəndiyev çıxışında bildirib ki, İnsan Hüquqları üzrə Müvəkkilin ən vacib funksiyalarından biri uşaqların hüquqlarının qorunması üzrə həyata keçirilən işlərdir. O, qeyd edib ki, bu məqsədlə hər ilin oktyabr və noyabr aylarında müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !