Zərdab rayonunda "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" mövzusunda tədbir keçirilib - FOTO

Zərdab rayonunda "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" mövzusunda tədbir keçirilib FOTO

Noyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zərdab şəhər Heydər Əliyev Mərkəzində "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov və Komitənin əməkdaşları Vüqar Hümmətov, Tərxan Paşazadə, Komitənin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, Zərdab Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, dini icma sədrləri, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Zərdab RİH-in İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Həsənov dövlətimizin dinə, dindarlarımıza olan qayğısından bəhs edib.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini ekstremizm, radikalizm və onun fəsadlarından, radikalizmə qarşı mübarizədə maarifləndirici, profilaktik tədbirlərin görülməsinin vacibliyindən, ölkəmizdə mövcud qeyri-ənənəvi dini cərəyanların fəaliyyətindən, onlara qarşı mübarizə üsullarından bəhs edib.
Sonra DQİDK-nın əməkdaşları Vüqar Hümmətov və Tərxan Paşazadə məruzələrində dövlətimizin dinimizə göstərdiyi qayğıdan, tolerant və multikultural dəyərlərdən, xalqımızın bu milli-mənəvi dəyərlərə sahib çıxmasından, radikal dini cərəyanlarla mübarizədə media və internet resurslarından səmərəli istifadənin rolundan danışıblar.
Zərdab şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Feyzulla Tağıyev və din xadimi Yusif Məmmədov da çıxışlarında dövlətimizin dinə dəstəyini xüsusi vurğulayıblar.
Tədbirin sonunda məruzələr atrafında fikir mübadiləsi aparılıb. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !