Bayraq mənim fəxrlə daşıyacağım ən dəyərli qürurumdur.! - + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Bayraq mənim fəxrlə daşıyacağım ən dəyərli qürurumdur.! + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

AZpress.AZ İnformasiya Agentliyinin məlumatına əsasən bildirirk ki, Qurur mənbəyimiz olan 9 noyabr -Azərbaycan Respublikasının Dövlət bayrağı günü ilə əlaqədar Dövlət Bayrağı Meydanına Yürüş keçirilmişdir. Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, müəllim, tələbə və şagirdlər iştirak ediblər. Yürüşün keçirilməsində əsas məqsəd gənclərimizə , tələbə və şagirdlərimizə qurur mənbəyimiz olan bayrağın dəyərini aşılamaqdır. Hər bir Azərbaycan vətəndaşının borcudur ki, öz bayrağını yüksəklərə ucaldıb onu düşmən tapdağından qorusun.Yürüş Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Gənclərimizin Vətənə olan Sevgiləri söylədikləri şeirlərdə açıq aşkar görünürdü. Hər biri Milli Bayrağımızı qürurla daşımaqdan zövq alıb onu şərəflə göylərə ucaldırdılar .
Yürüşdə İştirak edən Təhsil Naziri Mikayıl Cabbarov Heydər Əliyev Siyasətinin Əvəzolunmaz bəhrələrindən xalqımıza bəxş etdiyi rahat həyatdan danışmış. Onun siyasətinin davamçısı Cənab Prezident İlham Əliyevin də uzaqgörən siyasətini dəstəkləməyi gənclərə göstərdiyi qayğının əvəzsiz olduğunu qeyd etmişdir.
Nazir Dövlət Bayrağı Gününün hər il ölkəmizdə geniş qeyd olunduğunu bildirib, bu tədbirlərin əhəmiyyətini xatırladıb.
Azpress.Az saytı bildirir ki yürüşdə könüllü gənclərdə fəal iştirakları ilə tədbirə rəng qatmışdır. Simfonik orkestrin , rəqslərin , nağara ifaçılarının əvəzsiz xidmətləridə yürüş zamanı hər kəsin marağına səbəb olmuşdur.
“Bayraq yürüşü” “Azneft” meydanından başlanıb və Dövlət Bayrağı Meydanında başa çatıb. Yürüşün sonunda xatirə şəkli çəkdirilib.
 

 

Minə Türksoy

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !