Hakim Hacıyev: - "Mənim ən böyük uğurlarımdan biridir Zöhrab Əzimov!" + FOTO ( AZpress.AZ - Minə Türksoy, Nəriman İsmayılov )

Hakim Hacıyev: "Mənim ən böyük uğurlarımdan biridir Zöhrab Əzimov!" + FOTO ( AZpress.AZ - Minə Türksoy, Nəriman İsmayılov )

Tələbələrinə övladı kimi yanaşan məşqçi hər zaman uğur qazanar, Mənim ən böyük uğurlarımdan biridir Zöhrab Əzimov!


Müsahibimiz olduqca səmimi, böyük uğurlarının olmasınına baxmayaraq səmimi insan Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin baş məşqçisi, əməkdar məşqçi Hakim Hacıyevdir. Hörmətli Hakim Hacıyev özünüzü izləyicilərimizə mümkünsə təqdim edin.
-Mən Hacıyev Hakim Həsənqulu oğlu 21 iyul 1975 ci il də Yardımlı rayonunda anadan olmuşam. İdmana Hərbi xidmətdə olduğum zaman Əlbəyaxa döyüş növü ilə başlamışam . Bir çox döyüşlərə qatılmışam .Sonradan Kik boks uzrə məşqçi kimi fəaliyyətimi davam etdirmişəm.Mənim məşqçi kimi fəaliyyətim 1999 cu ildə bu günə kimi davam edir. İşlədiyim müddət ərzində gənclər və yeni yetmələr üzrə yığma komandanın baş məşqçisi kimi, hal hazırda isə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin Kik Boks üzrə baş məşqçisiyəm , Kik boks üzrə 2010-cu ildə Azərbaycanın Əməkdar məqçisi adına layiq görülmüşəm.Daxili İşlər Nazirliyini İdman cəmiyyətində məşqçisi kimi və Daxili İşlər Nazirliyinin Əməkdaşı kimi fəaliyyətimi davam etdirirəm.
Peşəkar İdmançı kimi haqsızlığa uğramısınızmı ?
Hakim Hacıyev-yəni belə deyərdim. Mən Kik Boks üzrə döyüşməmişəm. Ən çox döyüşlərim Əlbəyaxa döyüş növü üzrə keçirilib və hər bir idman növündə olduğu kimi burada da əlbətdə çox haqsızlıqlar olub. Ancaq mən məşqçi kimi fəaliiyət göstərəndən sonra anladım ki, yaxşı texnikalı idamnçı, güclü hazırlıqlı idamnçıya heç bir haqsızlıq edilə bilməz.Yəni artıq Hakimlərdə onun gücü , hazırlığı qarçısında aciz qalırlar.Ona görədə bütün yarışlara elə hazırlaşmaq lazımdır ki, hər kəsə gücünü göstərə biləsən və hamı görsün ki, səni məğlub etmək o qədər də asan məsələ deyil. Məsələn mənim tələbələrim Vako versiyası üzrə Dünya Avropa Çempionatında mən elə bir haqsızlıqla qarşlaşmadım. Məsələn 23- 29 na kimi Avropa Çempionatı keçirildi Sloveniyada . Biz bura 15 idmançı və 3 məşqçi ilə qatıldıq və böyüklər arasında baş məşqçı Çingiz Eyvazovun rəhbərliyi ilə .
Orada biz 15 idmançımızla iştirak etdik və 6 medal qazandıq. Biri veteran İdmançılar arasında qalanları isə yığma komandanın tərkibində olan idmançılar idi. Medallardan biri qızıl, ikisi gümüş , dördü isə bürünc medal idi.Onu da qeyd edim ki, medal qazananlara qarşı hakimlər tərəfindən və yaxud digər münsiflər tərəfindənmi deyim, heç bir haqsizlıq görmədim və vətənimizə bir qızıl medal da olsa gətirdik. Əlbətdə ki , bu uğur bir məşqçi kimi həm məni ,həmdə Federasiyamızda olan hər kəsi sevindirir.
Hakim müəllim belə deyək , sizcə bir tələbənin uğursuzluğunu müəllimin uğursuzluğu hesab etmək olarmı?
Hakim Hacıyev- Mən hər zaman bütün müsahibələrimdə söyləmişəm ki, pis tələbə yoxdur. Pis məşqçi var.Məşqçi olduqca məsuliyyətli olmalıdır, hər bir yetişdirdiyi tələbəsinə xüsusi diqqət yetirməli onun göstərdiyi səhlənkarlığın qarşısını almalıdır. Bundan da əlavə hər bir müəllim oz bəhrəsinə övladı kimi yanaşmalı onların bütün dərdlərindən xəbərdar olmalıdır. Həyatda nə problemləri varsa məşqdən kənar , dərsləridi, institutda təhsil alırsa təhsili ilə yaxından maraqlanmalıdır. Mən bilən belə məşqçilər çox azdır, təvazökarlıq kimi olmasın mən özümdə elə məşqçilərdənəm ki, tələbələrimə hər zaman övladlarım kimi yanaşıram.
Bizə mümkünsə Zöhrab Əzimovdan danışın
-Hakim Hacıyev - Zöhrab Əzimov 12 yaşından bu günə qədər mənim yanımdadır vı mən onun məşqçisiyəm. Onun haqqında mən çox söz deyə bilərəm , yəni günlərlə danışsamda bitməz. Bu günə qədər Zöhrabən dincəldiyini görməmişəm. Hər zaman məşqinə qarşı ciddi və məsuliyyətli davranib. Onun bu əziyyətinin nəticəsidir ki, o bu gün 11 qat Respublika Çempionudur.Gənclər arasında Vako versiyası üzrə Avropa çempionudur, dünya ikincisidir,Avropa ikincisidir. Böyüklər arasında Vako versiyası üzrə Avropa üçüncüsüdür. Sonuncu yarışımızı xüsusilə qeyd etmək istəyirəm. Böyüklər arasında Vako versiyası üzrə 2016 –cı ildə 1-ci yerə layiq görülüb Avropa Çempionu oldu.Bu mənim uçun çox sevindirici haldır bir məşqçi kimi. Boks üzrədə nəticəsi olub gənclər arasında , Bakı çempionu olub. Yəni qeyd edim ki, Boks üzrə də yığma komandanın tərkibində olub . Hal hazırda da Azərbaycan Dövlət Bədən tərbiyəsi Akademiyasında Boks fakültəsində 4- cü kursda təhsil alır. Fəxr ediləsi oğul və idmançıdır. 60 kiloqramda bəlkədə bir nömrəli idmançıdır, Federasiyamızında fəxridir. Hər bir məşqçinin uğuru ondadır ki, bir idmançını körpəlikdən elindən tutub zirvələrə ucaltsın. Ona bütün fəndləri ürəklə öyrətsin peşəkar kimi yetişdirib dünya arenasına çıxartmağa müvəffəq olsun.
Elə bir tələbəniz olubmu ki, onun üzərində əziyyət çəkmisiniz ancaq o bunu layiqincə qiymətləndirməyib, loru dildə desək üzünüzə ağ olub.?-
Hakim Hacıyev- Həyatdır hələ ki, belə halla qarşılaşmamışam. Ancaq ne deyim qarşılaşada bilərəm bu qaçınılmazdır.
Mənim ikinci müsahibim Vako versiyası üzrə Avropa Çempionu fətənizimin Bayrağını zirvələrə ucaldan Zöhrab Əzimovdur. Zöhrab zəhmət olmasa özünüz haqqında qisacada olsa məlumat verərdiniz ki, sizi yaxından tanıyaq.
Zöhrab Əzimov-Əzimov Zöhrab İnşAllah oğlu 1996 –cı il sentyabrın 18-i Naxçıvan şəhəri Şərur rayonunda anadan olmuşam. İlk təhsilimə orda başlasamda təhsilimi Bakı şəhərində Nizami rayon 61 saylı məktəbdə davam etdirmişəm, və 13 ildir ki, idmanla məşqul oluram.
Ailədə idmanla məşqul olan varmı?
Zöhrab Əzimov- Ailədə sırf idmanla məşqul olan olmayıb lakin atam idmanla məşqul olub. Ancaq sırf idmanla məşqul olan peşəkar idmançı mənəm. Ailənin tək övladıyam nə bacım var nədə qardaşım.
Necə oldu ki, idmanı seçdiniz. Məsələn tarixçi, hüquqşünas və sairə ola bilərdiniz niyə idmanı üstün bildiz.?
Zöhrab Əzimov- Çünki mən körpəlikdən döyüş filmlərini çox seyr edirdim , qəzetdə jurnallarda görürdüm marağım idmana daha da artırdı. Bir sözlə döyüş İdman növünə həvəsim var idi. Elə oldu ki, qərara aldım ki, mən məhz bu idman növü ilə məşqul olum.
Bu sənətə gəlməyinizdə hansısa bir insanın rolu olubmu? Məsələn Aktyormu? Idmançımı?
Zöhrab Əzimov- Xeyr Sırf belə bir insan olmayıb. Sadəcə döyüş növünə marağım olub və kik boksa yazılmışam.
Mənə maraqlıdır hər zaman ailədə övlad tək olanda onu qoruyurlar . Necə oldu ki , sizə belə bir ağır idman növü ilə məşqul olmağa icazə verdilər.
Zöhrab Əzimov- Əlbətdə ki , atam məni bu idman növünə yazdırdı. İlk başlarda anam etiraz etsədə artıq alışıb. Artıq uğurlarımı görür, sevinir lakin azda olsa qorxur.
Mənə ilk addımlarınızdan danışın.
Zöhrab Əzimov- İlk əvvəllər mən Akrobatika ilə iki il məşqul oldum . Hələ uşaq idim kik boksa yazılmamışdım. Sonradan kik boksa yazıldım . İlk nailiyyətim klub yarışlarında olub, ilk yarışımda 3-cü yerə çıxmışam . elə ozamandan da Hakim Hacıyevlə məşq etmişəm. Respublika yarışlarına çıxdım. Birinci yarışda məğlub oldum . Sonradan Daxili Işlər Nazirliyinin dinamo çempionatı oldu və mən burada çempion oldum. Ondan bu günə kimi şükür Allaha məşqimi edirəm .
Deyirlər İdman da bir siyasətdir. Burada siyasət varmı?
Zöhrab Əzimov- Bəli doğrudur. Ümumiyyətlə siyasətsiz hec bir şey yoxdur. Buda bir siyasətdir.
Zöhrab Əzimov haqsızlığa uğramısınızmı?
Zöhrab Əzimov-bəli uğramışam həm öz vətənimdə , həmdə xarici dövlətdə. Ancaq ən çox öz millətim tərəfindən uğramışam bu haqsızlığa.
Sizcə bu nə ilə bağlıdır?
Zöhrab Əzimov-belə bir söz var deyirlər çempion oldun düşmənlərin sayı artır. Düşmənləri tanıyacaqsan . Bu da yəqin ki, insanlarda olan paxıllıqmı deyim , qibtəmi deyim ondan irəli gəlir çox güman. Əlbətdə ki. Uğuruma sevinən dostlarımda az deyil.
Bir idmançının ən böyük uğuru nədir?
Zöhrab Əzimov- Bir idmançının ən böyük uğuru əziyyət çəkib istədiyi zirvəyə ucala bilməyidir. Nece deyərlər məqsədinə nail ola bilmək.
Gününüzün neçə saatını məşqə sərf edirsiniz?
Zöhrab Əzimov- Yarış vaxtı demək olar ki iki ay günümün çox hissəsini məşqə sərf edirəm. Səhər saat 7 də , və yaxud səhər saat 6 da məşq edirəm. Sonra gedirəm dincəlirəm axşam yenə məşqimə başlayıram.
Zöhrab Əzimov hər hansı bir davada ağıl gücündən istifadə edir ya qol gücündən?
Zöhrab Əzimov- Əvvəllər qol gücündən istifadə etsəm də artıq ağıl gücümdən daha çox istifadə edirəm. Və düşünürəm ki, artıq daha çox ağıldan istifadə etməliyəm. Çalışdığım qədər uzaq oluram davalardan.
Hal hazırda təhsil alırsınızmı?
Zöhrab Əzimov- Bəli hal hazırada Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıram.
Avropa Çempionu olduqdan sonra etrafında olan dostlarının tələbə yoldaşlarının münasibəti sənə qarşı dəyişdimi?
Zöhrab Əzimov- Əlbətdə münasibət dəyişdi dostların sayı çoxaldı. Hələ televiziyaya dəvət alandan sonra daha çox artmağa başladı dostların sayı.
Zəhmət olmasa mənə bir az sonuncu döyüşün barədə danış, döyüşün ağırlığı necə idi? Kiminlə Qarşılaşdın?
Zöhrab Əzimov- Yarışa 15 İdmançı ilə qatıldıq 4 bürünc , 2 gümüş və bir qızıl medalla vətənə döndük. 60 kiloqram çəki üzrə mən döyüşdüm Sloveniyalı idmançı ilə və qələbə qazanaraq qızıl medalı vətənimə gətirdim. 3 döyüş keçirtdim birinci döyüş yunan idmançısı ilə, ikinci döyüş İtaliya idmançısı, üçüncü döyüş isə Serb idmançısı ilə oldu. Keçən il məni döyüşdə Rus idmançısı məğlub etmişdi mən də üçüncü yüerlə kifayətlənməli olmuşdum. Mən bu yarışa gedəndə də bütün gücümü o idmançı üzərində işləmişdim. Həmin idmançı mənim finalıda qalib gəldiyim serb idmançısına məğlub oldu və məndə serbiyalı idmançıya qalib gələrək birinciliyi əldə etdim. Çünki bu ağır bir versiya olduğundan iki ildən bir keçirilir və onlar bu xalı mənə vermək istəmirdilər. Orada rəhbər Serb olduğundan qələbənidə serbə vermək istəyirdilər. Hakimlərdən belə , rəhbərlər hamısı serb idilər. Yəni ikinci raundda monitorları belə söndürdülər.Amma sonunda qəbul etmək məcburiyyətində qalıb birinciliyi mənə verdilər.
Hakim Haıcıyev sənin üçün kimdir?
Zöhab Əzimov – Hakim Hacıyev mənim üçün dayıdır, dayaqdır,hamı onu mənim dayım kimi tanıyır , o da mənə bacı oğlu deyə müraciət edir. Hakim Hacıyev hər zaman mənə həm mənəvi , həm maddi dayaq olub. Çünki mən uşaqlıqdan onun yanında məşqul olmuşam və ondan qayğı görmüşəm . Olub ki, məni məşqdən qovub nəyisə düzgün etməyəndə. Lakin sonra yarım saat keçməyib dözməyib axtarıb, məşqə çağırıb.
Hər zaman yarışda erməni kimi bir millətə uduzmağı özümə ar bilərəm və düşünürəm ermənilərlə üz üzə gələn idmançılarımız nə düşünürlər?
Zöhrab Əzimov- ermənilər barədə bizə məlumat gəldi onlarin idmançıları var Zurab Faroyan Rusiyanı təmsil edir. Onu hamı yaxşı tanıyır. Yəni kik boks aləminin ən güclü idmançılarındandır. 6 dəfə dünya , 4 dəfə də Avropa çempionu olub. Bildiyiniz kimi Vako versiyası ən güclü versiyadı. 34 yaşı var . Olduqca təcrübəli, texnikalı bir idmançıdır. Bizə təklif gəldi , mən öz məşqçimlə məsləhətləşdim o da qəbul edib razılaşdı ki, məndə bu yarışa qatılım. Peterburqda keçirilən bu yarışa mən olduqca güclü məşq etdim . Ancaq stresdən yata bilmirdim , həyacan keçirdirdim. Çünki, qarşılaşacağım idmançı həm erməni , həm də təcrübəli biri idi. Bir çox tanınmış idmançılarımızıda məğlub edib adlarını əlbətdə ki, çəkmək istəmirəm. Olduqca ağır məşqlərim olurdu, elə olurdu ki, zalda yatıb qalırdım. Peterburqa yollandıq bizi çox gözəl qarşıladılar əlbətdə ki, çoxu rus milləti idi. Ancaq yarış vaxtına az qalmış demək olar ki, ermənilər çoxaldı. Hakimlər sağ sol hakimlər hamısı ermənilər idi. Sağ olsun müəllimim məni çox dəstəklədi və dedi ki, yalnız bir yolun var o da qələbə. Əlin rinqdən qalxaraq çıx. Dğyüş başladı birinci raund mənim xeyrimə bitdi, əlbətdə ki, döyüşlərini izləmişdim düşünürdüm ki, vuracam aşacaq. Lakin elə deyildi olduqca güclü bir rəqib idi. Yarış başlayandanda hər kəs ondan , onun döyüşlərindən danışırdı. Hamısı ona Leqenda deyirdilər. Bizi də tərifləyən yox gənc idmançı rinqə çıxdıq , baxdım ki, o qədər insanın içində iki Azərbaycanlı var.İkinci raundun birinci dəqiqəsi başlayan kimi, bakavoy vurdum oturdu. Hakimlər hamısı əl ayağa düşdülər. Vaxti uzatdılar nə qədər çalışdılar bir şey edə bilmədilər , çünki, canlı efir idi. İkinci dəfə eyni hadisə ilə yenə qarşılaşdılar, hesab açmadılar. Üçüncü raundda mənim hesabımla bitdi. Gah fikirləşirlər guya vaxtı uzatdılar nəhayət ikimizində əlini qaldırdılar. Amma hesab mənim idi, canlı efir idi hər kəs gördü. Qayidanda məni qarşılayan hər kəs döyüşü izlədiyini dedi mənimlə fəxr etdiklərini bildirdilər. Yəni bu sənin uğurundur ki, 34 yaşlı təcrübəli idmançıya qalib gəlmisən.
Zöhrab sənə belə bir sualım var Himnimizi səsləndirmisən bayrağımızı qaldırmısan. Bu hissi nece keçirtmisən?
Zöhrab Əzimov- Bu hissi dillə ifadə etmək mümkün deyil, onu ancaq yaşayanlar bilər ki, qərib ölkədə Azərbaycan bayrağının dalğalanması, Himnimizin səslənməsi dünyanın bütün var dövlətinə dəyər.
Sonda Zöhrab Əzimov və Hakim Hacıyev dəyərli vaxtınızı bizə ayırdığınız üçün sizə dərin minnətdarlığımızı bildiririk , sizə bol bol uğurlar arzu edirik. Sizin yetişdirdiyiniz tələbələrə şanslı və güclü olmağı arzu edirik. İstəyirik biləsiniz ki, sizin uğurunuz tək sizin deyil bütöv bir Azərbaycan və Azərbaycan xalqının uğurudur.
Hakim Hacıyev- Məndə sizə minnətdaram ki, gənclərimizi dəstəkləyib onları xalqa cəmiyyətə təqdim edirsiniz.
Zöhrab Əzimov-Çox sağ olun ki, sizdə gəldiniz bizim uğurlarımızı bizimlə bölüşüb izləyicilərinə çatdırırsiniz.
Sonda yalnız bir söz demək istəyirəm. Hər bir uğurun arxasında güclü ,ağıllı, vətənini, millətini sevən bir müəllim olur. Elə bir müəllim ki, Zöhrab Əzimovları yetişdirib bu xalqın adına layiq övlad kimi vətənə bəxş edir. Biz Hakim Hacıyev kimi müəllimlərin qarşısında baş əyirik . Onun bir cümləsi ilə müsahibəmizi yekunlaşdırırıq.
Bir yerdə ki, maddiyyat, mənəviyyatdan öndə durur , orada uğur ola bilməz.
Hakim Hacıyev.

 


AZpress.AZ, Minə Türksoy.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !