Tolerantlıq Azərbaycan xalqının həyat tərzidir - FOTO

Tolerantlıq Azərbaycan xalqının həyat tərzidir FOTO

Noyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şəki Mərkəzi Cümə məscidində “Beynəlxalq Tolerantlıq Günü” ilə bağlı “Tolerantlıq milli-mənəvi sərvətimizdir” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev və əməkdaşı Elvin Qarayev, QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, Şəki İslam Mədrəsəsinin müdiri Abdurəhman Nuri, Şəki şəhər Mərkəzi Cümə məscidinin imamları Əlyəsə Əslanov və Müşfiq Xəlilov, Şəki və Oğuz rayonlarından olan imam və dini icma sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev qeyd edib ki, Azərbaycanda əsrlər boyu müxtəlif millətlərin və dinlərin mənsubları sülh, əmin-amanlıq və dostluq şəraitində yaşayıblar. Azərbaycanda hökm sürən multikultural və tolerant dəyərlər bütün dünyaya nümunədir. Ölkəmizdə dini və milli zəmində ayrı-seçkilik yoxdur.
QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov ölkəmizdə mövcud olan zəngin tolerantlıq və dözümlülük ənənələri haqqında söz açaraq bildirib ki, İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənib. İslamda tolerantlığın əsasını Qurani-Kərimin surə və ayələri təşkil edib və bu, Məhəmməd peyğəmbərin (s.a.s) həyatında da öz təsbitini tapıb.
Daha sonra çıxış edən Şəki Cümə məscidinin imamları Əlyəsə Əslanov və Müşviq Xəlilov İslam dininin tolerant din olmasını ayə və hədislərlə tədbir iştirakçılarının diqqətinə çatdırıblar. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !