Lənkəranda Bayrağımız qürurumuzdur adlı tədbir təşkil olunub - + FOTO

Lənkəranda “Bayrağımız qürurumuzdur” adlı tədbir təşkil olunub + FOTO

Noyabrın 9-da Lənkəran rayonu Cil kənd “Hüseyniyyə” məscidində “Bayrağımız qürurumuzdur” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri və əməkdaşları, din xadimləri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov bayrağımızın dövlət atributlarından, rəmzlərindən biri kimi, milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyini vurğulayıb.
Tədbirdə çıxış edən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli Azərbaycan Respublikasının Dövlət bayrağının 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilməsini və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olduğunu bildirib. Üçrəngli bayrağımızın 1990-cı ilin noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edildiyini və 1991-ci ilin fevralın 5-də Azərbaycan Respublikasının Ali Sovetinin “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul etməsi ilə bayrağımızın Dövlət bayrağı elan edildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Şahbazov və kənd ictimaiyyətinin nümayəndələri Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin, bayrağının müqəddəsliyi barədə danışıblar. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !