Lənkəranda Beynəlxalq Tolerantlıq Günü nə həsr olunmuş tədbir baş tutub - + FOTO

Lənkəranda “Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş tədbir baş tutub + FOTO

Noyabrın 9-da Lənkəran rayonu Cil kənd “Hüseyniyyə” məscidində “Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş “Tolerantlıq diyarı Azərbaycan” mövzusunda konfrans keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aydın Məmmədov, QMİ-nin bölgə qazısı Qəni Axundzadə, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov Azərbaycanın tarixən milli-mənəvi cəhətdən zəngin, müxtəlif dil, din və mədəniyyətlərin sərbəst şəkildə inkişaf etdiyi məkanlardan biri olduğunu qeyd edib. Şöbə müdiri tolerantlığın Azərbaycanın mənəvi sərvəti və cəmiyyətin möhkəmliyini şərtləndirən ən vacib amil kimi dəyərini qeyd edərək, ölkəmizin tolerant yaşam tərzi ilə dünyada nümunə olduğunu vurğulayıb.
Məruzələrlə çıxış edən LDU-nun baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudov və DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin məsləhətçisi Vüqar Şahbazov əsrlərlə müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin ölkəmizdə dinc və qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını diqqətə çatdırıblar.
Tədbirdə, həmçinin Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aydın Məmmədov, QMİ-nin bölgə qazısı Qəni Axundzadə, Cil kənd “Hüseyniyyə” məscidinin axundu Əliəşrəf Əliyev və Astara rayonu Kijəbə qəsəbə məscidinin imamı çıxış ediblər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !