Lənkəranda Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə reyd keçirib -

Lənkəranda Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə reyd keçirib

Noyabrın 11-də Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəran şəhərində dini ədəbiyyatların satışı ilə məşğul olan 3 mağazada müvafiq reydlər keçiriblər.
Keçirilən reydlər zamanı hər 3 mağazanın dini ədəbiyyatların satışını həyata keçirmək üçün DQİDK-dan razılıq əldə etmədikləri müəyyən olunub.
Reyd keçirilmiş mağazaların ikisindən ümumilikdə müvafiq razılığı olmayan 93 nüsxə dini təyinatlı ədəbiyyat aşkarlanaraq müsadirə edilib. Hər iki mağaza barəsində qanunamüvafiq qaydada protokol tərtib olunub. Digər mağaza sahibinə isə şifahi xəbərdarlıq edilib.
Mağaza sahibləri ilə müvafiq profilaktik söhbətlər aparılıb. Bu istiqamətdə müvafiq araşdırmalar davam etdirilir.  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !