Azərbaycan opera səhnəsində " Karmen " əsəri yeni quruluşda - + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Azərbaycan opera səhnəsində " Karmen " əsəri yeni quruluşda + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

AZpress.AZ xəbər saytının verdiyi məlumata əsasən bildiririk ki, 12 noyabr 2016- cı il tarixində Azərbaycan Dövlət Opera və Balet teatrının səhnəsində Jorj Bizenin “ Karmen” operası yeni nəfəslərdə tamaşaçılara təqdim olunmuşdur. Hədsiz hesabsız audutoriyada tamaşaçı çoxluğu nəzərimizdən yayınmadı. Araşdırmamızdan məlum oldu ki, bir vaxtların Şən Hazırcavablar klubunun üzvü Elçin Əzizovun operada yer alması hamının marağına səbəb olmuşdur. Bir çox tanınmış dövlət məmurlarının burada yer alması da Karmenə olan maraqdan xəbər verirdi. Tamaşaçılar arasında sevilən , tanınmış simalar Tahir İmanov, Cabir İmanov, Azər Məmmədzadəni də görməyimizə şad olduq.
AZpress.AZ onu da nəzərinizə çatdırır ki, Eçin Əzizov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində çıxış etmək üçün Moskvadan Bakıya gəlib. E. Əzizov bəstəkar Jorje Bizenin dünya opera incəsənətinin xəzinəsi sayılan "Karmen"də Eskamilyo partiyasını ifa edərək alqışlarla qarşılanmışdır. Opera teatrının rəhbərliyilə Karmen partiyasını ifa etmək üçün ilk dəfə olaraq Avropada ən çox tələb olunan opera müğənnilərindən biri, Vrotslavsk opera teatrının (Polşa) qabaqcıl solisti, vokalçıların beynəlxalq müsabiqəsinin laureatı İrina Jitinska dəvət edilib. Tamaşada, həmçinin Ukrayna Milli Operasının öncül solisti, Ukraynanın xalq artisti, vokalçıların beynəlxalq müsabiqəsinin laureatı Andrey Romanenko (Xoze partiyası), eləcə də opera və balet teatrının qabaqcıl solistləri iştirak etmişlər. Uğurlu çıxışlar yüksək alqışlarla sona çatmışdır.


AZpress.AZ , Minə Türksoy.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !