Azərbaycan Beynəlxalq Muğam Mərkəzində Möhtəşəm konsert - + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Azərbaycan Beynəlxalq Muğam Mərkəzində Möhtəşəm konsert + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

AZpress.AZ xəbər agentliyinin məlumatına əsasən bildiririk ki, 14 noyabr 2016-cı il tarixində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində gənc ifaçı Çingiz Mustafayev və onun gənc istedadlarından ibarət “Palmas “qrupunun möhtəşəm konserti keçirilmişdir. Konsertə gələn tamaşaçıların sayını nəzərə alsaq gənc olmasına baxmayaraq görmək olar ki, olduqca fanat ordusuna malikdir. Səhnəni qrupu ilə paylaşan Çingiz Mustafayev Azərbaycan restro mahnılarına da müraciət etmişdir. Arslan Növrəslinin onu müşaiyət etməsi isə demək olar ki, bütün zalı canlandırmışdır. İki hissədən İbarət olan konsert proqramını izləməyə bir çox tanınmış simala, Bəstəkar Xanım Rühəngiz Qasımova kimi dəyərlilərimiz də təşrif buyurmuşdu. Gələcəkdə belə konsertlərin davamlı olacağını bildirən gənc ifaçı bir çox uğurlu layihələrə imzalar atacağını bildirmişdir.


AZpress.AZ, Minə Türksoy.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !