Gənc Tamaşaçılar Teatrı növbəti Beynəlxalq teatr festivalına yola düşür -

Gənc Tamaşaçılar Teatrı növbəti Beynəlxalq teatr festivalına yola düşür

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün yeni – 89-cu teatr mövsümündə 4-cü dəfə Beynəlxalq teatr festivalında iştirak etmək üçün səfərə hazırlaşır.

 

Bu dəfə kollektiv Moldova Respublikasının Kişinyov şəhərində keçirilən kiçik həcmli tamaşaların “MOLDFEST.RAMPA.RU” VIII Beynəlxalq Teatr Festival-laboratoriyasında iştirak edəcək.

 

Moldova, Belarus, Pribaltika, Rusiya, İsrail, Serbiya və digər ölkə teatrlarının iştirak edəcəyi festivalda ölkəmizi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə təmsil edəcək.

 

Sözügedən səfər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq.

 

Festivalın açılış mərasimi noyabr ayının 21-ə təsadüf edəcək. “Kontrabas” tamaşası noyabrın 24-də Moldova Dövlət Dram Teatrının səhnəsində nümayiş olunacaq.

 

Festival çərçivəsində aktyor və rejissor sənətinə aid bir sıra treninqlər, ustad dərsləri və tamaşaların müzakirələri də keçiriləcək. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !