Mətbuat Şurasında İranın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüş təşkil olunub - FOTO + VİDEO ( AZpress.AZ )

Mətbuat Şurasında İranın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüş təşkil olunub FOTO + VİDEO ( AZpress.AZ )

AZpress.AZ xəbər saytı xəbər verir ki, 17 noyabr tarixində Mətbuat Şurasında İranın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə və İRNA xəbər agentliyinin icraçı direktoru Məhəmməd Xoddadi ilə görüş keçirilmişdir. Görüşün əsas məqsədi hər iki ölkə arasında media münasibətlərini gücləndirmək və informasiya axınını sürətləndirmək olmuşdur. Görüş Mətbuat Şurasının sədri və Milli Məclisin deputatı Əflatun Amaşovun nitqi ilə başladı. Əflatun Amaşov çıxışı zamanı səfiri yeni vəzifəsi ilə əlaqədar olaraq təbrik etmiş və özünün bu yaxınlarda həyata keçirdiyi İran səfəri haqqında məlumat vermişdir. O qeyd etmişdir ki, İran səfəri hər iki ölkə üçün çox uğurlu bir addımdır və bu addım İran-Azərbaycan KİV-inin qarşılıqlı əməkdaşlığını gücləndirmək üçün atılan addımlardan idi. Əflatun Amaşov Azərbaycan və İran dövlətləri arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Bu yaxınlığın media sahəsinə daha çox sirayət etməsinin vacibliyindən söz açan MŞ sədri bildirib ki, qarşılıqlı əməkdaşlıq üçün kifayət qədər münbit zəmin var.O, eyni zamanda İran İslam Respublikasında çox böyük qayğı və diqqətlə qarşılandığını da diqqətə çatdırmışdır. Əflatun Amaşovun çıxışından sonra səfir cənab Cavad Cahangirzadə nitqinə başlamışdır. O da cənab Amaşovun sözlərinə qoşulduğunu və bu vəzifədən olduqca məmnun olduğunu vurğulamışdır. Səfir iki ölkə arasındakı media-informasiya münasibətlərinə olduqca çox önəm verdiyini bildirmişdir. Bu inkişafı təmin edə bilmək üçün əlindən gələni edəcəyinə söz vermişdir. Sonda cənab səfir qonaqlara göstərdikləri diqqətdən dolayı öz minnətdarlığını bildirmişdir. Daha sonra isə konfrans İRNA xəbər agentliyinin icraçı direktorunun çıxışı ilə davam etmişdir.Onun fikrincə bir ölkə üçün silahdan, hərbi gücdən daha önəmli güc media-informasiya axının hansı səviyyədə olmasıdır. O bildirmişdir ki, əgər biz İran və Azərbaycan arasında bu münasibətləri sürətləndirə bilsək regionda olan bütün problemlərin, eyni zamanda Azərbaycanın ən böyük məsələsi olan Qarabağ probleminin həll olunmasında da üstünlük əldə edə bilərik. Cənab Xoddadi çıxışını konfrans üzvlərinə çıxışı ilə bitirmiş və onları gələcək zamanlarda öz ölkəsində görmək arzusunda olduğunu bildirmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !