O, gənc olmasına baxmayaraq səhnəni , auditoriyanı özünə cəlb etməyi bacaran peşəkardır! - + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

O, gənc olmasına baxmayaraq səhnəni , auditoriyanı özünə cəlb etməyi bacaran peşəkardır! + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Aytən Ümid qızı İbrahimova 1997-ci il 27 iyulda Bakı şəhərində anadan olmuşdur. 2004- 2015-ci illərdə Bülbül adına musiqi təmayüllü orta ixtisas məktəbində skripka şöbəsində tanınmış pedaqoq, BMA professor Fatimə İdyatulina sinfində təhsil almışdır. Məktəbi bitirdikdən sonra Bakı Musiqi Akademiyasına daxil olmuşdur. Gənc Olmasına baxmayaraq bu illər ərzində müxtəlif respublika və beynəlxalq müsabiqələrdə iştirak etmişdir.

 

2008-ci ildə(4 cü sinif)K. Səfərəliyev adına 5-ci Gənc İfaçılar Festivalında yüksək səviyyəli çıxışına görə fəxri diplomla təltif olunmuşdur.Bundan əlavə 2008-ci ildə Ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr olunmuş 1-ci Respublika müsabiqəsində iştirak etmiş və laureat adını qazanmışdır.

 

2009-cu ilin aprel və dekabr aylarında təhsil aldığı Bülbül adına Orta ixtisas məktəbinin zalında solo konsertlə çıxış etmişdir. 2009 –cu ildə “ İstedadlı Uşaqlar”nominasiyası üzrə siyahiya adı salınmışdır.2010-cu ildə Nazim Əliverdiyev adına “ Gənc İfaçıların” 5-ci Ümumşəhər müsabiqəsinin Qran-Pri-sinə layiq görülmüşdür. 2010-cu ilin mayında Xalq artisti , drijor Rauf Abdullayevin rəhbərliyi , Üzeyir Hacıbəyli adına Böyük Simfonik Orkestrin müşayətilə konsert proqramı ilə çıxış etmişdir.2010-13 cü illərdə Teymur Göyçayevin rəhbərliyi , Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayəti ilə çıxış etmişdir. 2012 –ci ildə İslam ölkələrinin Beynəlxalq Gənclər müsabiqəsinin laureatı ( 1 ci yer) olmuşdur. 2012-ci il “ Moskva Dostları qarşılayır” beynəlxalq festivalın iştirakçısı olmuşdur. 2013-cü ildə Belgiyada keçirilən “Bravo” Gənc skripka ifaçılarının müsabiqəsində Birinci yerin sahibi olmuşdur. 2013-cü ilin aprelində Heydər Əliyev adına Respublika müsabiqəsində Qran-Pri Mükafatına layiq görülüb.

 

Bir neçə dəfə Master klaslar İlya Konovalov, Qraf Мurja, Mark Daniel, Maksim Vengerov kimi məhşur skripka ifaçılardan dərs almışdır.Bakı Kamera Orkestri işləmiş, onun tərkibində Fransada və Almaniyada qastrol səfərlərində olmuşdur. Bundan əlavə "Neue philormonic Munchen" bu orkestrdə ifa edən musiqiçi kimi iştirak etmişdir. 2015 –ci ildə 1ci Skripka"I, culture orchestra" lahiyəsində iştirak etmək üçün Polşaya dəvət almışdir. 2016-cı il iyunun 12 –də Moskva konservatoriyasının böyük salonunda Rusiya Gününə həsr olunmuş MDB-nin Gənclər simfonik orkestrinin tərkibində bayram konsertinin iştirakçısı kimi çıxış etmişdir.

 

AZpress.AZ xəbər saytının məlumatına əsasən bildirirk ki, 17 noyabr 2016- cı il tarixində Müslüm Moqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında gənc skripka ifaçısı Aytən İbrahimova konsert proqramı ilə çıxış etmişdir. Gənc ifaçının konserti drijor ,Azərbaycan Respubikasının xalq artisti Teymur Göçayevin rəhbərliyi , Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayəti ilə baş tutmuşdur. Konsertdə A. Vivaldinin” İlin fəsilləri “ (hə biri üç hissə olmaqla) , Kreyslerin”Gözəl rozmarin” əsərlərini ifa edərək yüksək səviyyəli konsert proqramı ilə çıxış etmişdir. Gənc olmasına baxmayaraq öz sənətinin peşıkarı kimi Azərbaycan Respublikasının adını Beynəlxalq müsabiqələrdə layiqincə təmsil edəcək gənc bir xanımdır. Ona bu sənət aləmində hər zaman zirvələrdə olmağı arzu edirik.

 

AZpress.AZ, Minə Türksoy.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !