İki maraqlı sənətkar , iki fərqli dünya! - + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

İki maraqlı sənətkar , iki fərqli dünya! + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

AZpress.AZ İnformasiya Agentliyinin məlumatına əsasən bildiririk ki, 18 noyabr 2016 cı il tarixində Müasir İncəsənət Mərkəzində tanınmış rəssam Səbinə Şıxlınskinin və tanınmış fotoqraf Eldar Əkbərovun “daça” adlı sərgisi açılmışdır. Olduqca maraqlı işləri ilə tanınan Səbinə Şıxlınski bu dəfə də sənətsevərlərin marağına səbəb olmuşdur. Eldar Əkbərovun çəkdiyi fotolarda isə Abşeron mənzərələrinə rast gəlmək olardı . Bir birindən maraqlı sənət əsərləri öz tamaşaçılarına təqdim olunmuşdur. Sərgiyə bir çox rəssamlar , fotoqraflar, media nümayəndələri,əcnəbi qonaqlar təşrif buyurmuşdu.
AZpress.AZ bidirir ki, açılış mərasimində muzeyin direktoru Xəyyam Abdinov sərgidə nümayiş olunan əsərlərdən söz açıb. Bildirib ki, layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Mədəniyyət və Menecment Laboratoriyası” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda regional incəsənət və mədəniyyət layihəsi” çərçivəsində keçirilmişdir. Abşeron bağları mövzusuna həsr olunan sərginin eksponatları həmin bağların Yox olmasını, xarabalıqlara nece çevrilməsini öz izləyicilərinə çatdırmaqdır.
Sərginin kuratoru Yelena Kapanadze qeyd edib ki, Eldar Əkbərovun işləri Abşeron sahilində yerləşən bağ evlərinin ilk baxışdan qəliz görsənən fotoşəkilləridir. Səbinə Şıxlinskayanın ərsəyə gətirdiyi əsər isə daha çox xarabalığa , itki və unutqanlıq hallarına qarşı rəssam xanımın şəxsi münasibəti və etirazıdır desək yanılmarıq.
Hər iki peşəkarın yaratdıqları əsərlərə tamaşa edəndə aydın olur ki, onlar bu işin üzərində olduqca böyük bir zaman işləmiş və bağlarda baş verən bu biganəliyi izləmiş və bu sərgi vasitəsilə bizlərə çatdırmağa çalışmışlar.
İnsanların hər il bağ mövsümündə Abşeron bağlarına dincəlməyə getmələri də artıq azalıb. Demək olar ki, bağlar indi daha çox yaşayış məntəqlərinə çevrilib. Bir vaxtlar Bakı bağlarında yetişdirilən bal kimi əncirlərdə bu xarabalıqların atılmış övladları kimi qeybə çəkilmək üzrədir.
Məncə hər iki sənətkarın bu sərgisi alqışa layiqdir. Bəlkədə xalqımız çağırış siqnalıdır ki, Abşeron bağları artıq məhvə doğru gedir. Bir vaxtlar bu bağlar bir çox rəssamların əsərlərinin bəzəyi olmuş, bir çox bəstəkarların ilham mənbəyinə çevrilərək musiqilərimizdə öz əksini tapmışdır.
Nəzərimizdən yayınmayan məqam isə o oldu ki, texnikanın inkişaf etdiyi, rəqəmsal fotokameraların yer aldığı bir dövrdə Eldar Əkbərov öz əsərlərini rəngli plyonka ilə ərsəyə gətirmişdir.
Sərgi 11 dekabr 2016-cı ilə qədər davam edəcəkdir.
AZpress.AZ, Minə Türksoy.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !