XİN-in mətbuat katibi BDU-da ingilis dilində mühazirə oxuyub - + FOTO

XİN-in mətbuat katibi BDU-da ingilis dilində mühazirə oxuyub + FOTO

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin ingilis dili qruplarının tələbələrinə mühazirə oxuyub. Dekan, professor Cahangir Məmmədli Hikmət Hacıyevi salamlayaraq onu fakültədə görməkdən məmnunluğunu ifadə edib, fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, 2000-ci ildən Xarici İşlər Nazirliyində çalışan Hikmət Hacıyev qurumun Təşkilatlar və Təhlükəsizlik Problemləri idarələrində, Azərbaycanın NATO yanında nümayəndəliyində, Küveyt və Misirdəki səfirliklərində çalışıb. 2014-cü ildən XİN-in mətbuat xidmətinin rəhbəridir.
Mətbuat və informasiya şöbəsinin müdiri, Jurnalistika fakültəsinin dosenti Pərvanə İbrahimova fakültənin ingilis dili qruplarının müəllimləri Vəfa İsgəndərova, Anzulə Əmirova və İlkin Ağayevin təşəbbüsü ilə baş tutan görüşün tələbələr üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib, öz təcrübəsini bölüşəcəyi üçün Hikmət Hacıyevə minnətdarlığını bildirib.
Öz növbəsində, dəvətə görə təşəkkür edən XİN-in Mətbuat katibi Hikmət Hacıyev təmsil etdiyi qurumun informasiya siyasəti ilə bağlı ingilis dilində mühazirə oxuyub. H.Hacıyev ölkə daxilində və xaricində baş verən hadisələrə jurnalistlərin təsiri, jurnalist-mətbuat xidmətləri münasibətlərinin tənzimlənməsi, ekstremal vəziyyətlərdə onlayn media resursları ilə iş və s. barədə danışıb.
Mühazirə diskussiya şəklində davam edib və tələbə-jurnalistlərin çoxsaylı sualları ilə başa çatıb.
 

 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O   
çəkilişlərini aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L       E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
* * *
 
 
 
 
 
 
 
  !  © Müəllif hüquqları qorunur !
Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!