Akademik Opera və Balet Teatrında "Vaqif" operasının premyerası keçiriləcək -

Akademik Opera və Balet Teatrında "Vaqif" operasının premyerası keçiriləcək

Noyabrın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın tanınmış bəstəkarı, Xalq artisti Ramiz Mustafayevin "Vaqif" operasının premyerası keçiriləcəkdir. Operanın yeni quruluşu mərhum bəstəkarın 90 illik yubileyinə həsr olunmuşdur.

 

Premyera tamaşasında Teatrın aparıcı solistlərindən Xalq artisti Əli Əsgərov (Vəzir), Əməkdar artistlər Ramil Qasımov (Vaqif), İlahə Əfəndiyeva (Xuraman), Əkrəm Poladov (Vidadi), Fərid Əliyev (Qacar), Cahangir Qurbanov (Eldar), İlkin Əhmədov (Xanəndə), gənc solistlər Taleh Yahyayev (İbrahim xan), Tural Ağasıyev (Əlibəy), Səbinə Əhmədova (Gülnar) çıxış edəcəklər.

 

Tamaşanın dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Aysel Məlikovadır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !