Tələbə Diplomatlar Klubu SəfirlikdəSən adlı yeni layihəyə start verib -

Tələbə Diplomatlar Klubu “SəfirlikdəSən” adlı yeni layihəyə start verib

Noyabrın 21-də Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) Tələbə Diplomatlar Klubu “SəfirlikdəSən” adlı yeni layihəyə start verib. “SəfirlikdəSən” layihəsi çərçivəsində ilk ekskursiya Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyində baş tutub.
Tələbələrin nəzəri biliklərini təcrübədə sınamaq, həmçinin onların gələcək iş həyatlarında hazırlıqlı kadr kimi fəaliyyətə başlamalarına zəmin yaratmaq məqsədi ilə start verilən layihə çərçivəsində tələbə diplomatlar səfirliklərə ekskursiya edərək onların strukturu, heyəti və iş mexanizmi ilə tanış olurlar.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinə təşkil olunan ekskursiyada səfirliyin müvəqqəti işlər üzrə vəkili Meral Barlas qurumun strukturu, işçi heyəti və fəaliyyət mexanizmi barədə danışdı. Tələbələrə Azərbaycan ilə Türkiyə arasındakı siyasi, iqtisadi və mədəni-ictimai münasibətlərin inkişafından bəhs edən M.Barlas səfirlikdə keçirilən görüşlər və əlaqələrdən danışdı. Gələcək diplomatlara seçdikləri peşənin üstünlükləri və çətinlikləri haqqında danışan M.Barlas diplomatların gündəlik iş qrafikinin sıx olmaqla yanaşı, maraqlı olduğunu tələbələrin diqqətinə çatdırdı.
Daha sonra təhsil layihələri üzrə proqramlar və digər məsələlərlə bağlı tələbələri maraqlandıran suallar cavablandırıldı.
Müzakirələrdən sonra səfirlik əməkdaşları tələbələri səfirliklə tanış etdilər.
Qeyd edək ki, sözügedən layihədə tələbələrin sayının və tərkibinin mütəmadi olaraq dəyişməsi, Klubun İdarə Heyəti tərəfindən “Səfirdən Gələcək Səfirlərə” adlı digər layihədə aylıq göstəricilər üzrə aktivlik nümayiş etdirən tələbələrin səfirliklərə təşkil olunacaq ekskursiyaların iştirakçısı kimi seçilməsi nəzərdə tutulub.
Klub bütün tələbə diplomatları gələcək diplomatik fəaliyyətlərinə tələbə ikən başlamaları üçün aktiv olmağa çağırır və hər birinə uğurlar diləyir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !