Riqoletto operasının tamaşasında Ukrayna və Azərbaycanın opera ulduzları iştirak edəcək -

“Riqoletto” operasının tamaşasında Ukrayna və Azərbaycanın opera ulduzları iştirak edəcək

2016-cı ilin 3 dekabr tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto”operasının tamaşası keçiriləcəkdir.

 

Tamaşada Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri ilə yanaşı, onların Kiyevli həmkarları – Ukrayna Milli operasının solistləri də iştirak edəcəklər. Belə ki, tamaşadakı Riqoletto partiyasında Ukraynanın Əməkdar Artisti Pyotr Primak, Hersoq partiyasında isə Ukraynanın Əməkdar artisti Dmitri Kuzmin çıxış edəcəklər.

 

Qastrolşularla yanaşı tamaşada həmçinin yerli sənətçilər - Azərbaycanın Xalq Artisti Əli Əsgərov (Sparafuçille), Əməkdar artistlər İnarə Babayeva (Cilda), Əkrəm Poladov (Monterone), Səbinə Əsədova (Maddalena) və gənc solist Nina Makarova (qrafinya de Çeprano) da əsas rollarda çıxış edəcəklər.

 

Operanın dirijoru isə Xalq Artisti, professor Cavanşir Cəfərovdur. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !