Türk filmlərinin unudulmaz sənətçiləri Nizami Kino Mərkəzində! - + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Türk filmlərinin unudulmaz sənətçiləri Nizami Kino Mərkəzində! + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

AZpress.AZ xəbər saytının məlumatına əsasən bildiririk ki,Türkiyənin “ Yerli Düşüncə”dərnəyinin təşkil etdiyi ,rejissor Önər Kılıcın kordinatorluğu ilə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Kino şöbəsi müdirliyinin baş sponsorluğunda TIKA və Yunus Əmrə Enstitüsünün dəstəkləri ilə qardaş ölkələr arsındakı körpüləri bədii filmlərin gücü ilə qüvvətləndirməyi hədəfləyən “Türk filmləri həftəsi- Bakı”layihəsi 22 noyabr 2016-cı il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində başlayır.
Türk film sevərlərin nəzərinə çatdırırq ki, 27 noyabr tarixinə qədər davam edəcək filmləri izləmək şansı, orada olan baş rolun ifaçılarını yaxından tanımaq , başqa festival filmlərini də izləmək imkanı əldə edəcəksiniz. Ölkəmizə təşrif buyuran efirlərimizin Təhminəsi Meral Konratda öz şarmı və gözəlliyi ilə izləyiciləri heyran qoymuşdu. İstər media nümayəndələrinə, istərsə də izləyiclərə xüsusi incəliklə yanaşan sənətçi hər kəsə bacardığı qədər diqqət yetirməyə çalışırdı.
Türkiyə Azərbyacan arasında istər strateji, istərsə də mədəni əlaqələri gücləndirmək üçün hər zaman ölkələrimiz arasında sıx ələqələr olmuşdur.Tədbirə bir çox tanınmış insanlar təşrif buyurmuşlar. Millət vəkilləri, rejissorlar, sənətçilərin iştirak etdiyi tədbir film nümayişi ilə başa çatdı.
AZpress.AZ, Minə Türksoy.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !