Mətbuat Şurasında Asif Bəkirlinin İnsan Resurslarının İdarə edilməsi : nəzəriyyədən praktikaya kitabının təqdimatı keçirilir - + FOTO ( AZpress.AZ ) YENİLƏNDİ

Mətbuat Şurasında Asif Bəkirlinin “ İnsan Resurslarının İdarə edilməsi : nəzəriyyədən praktikaya ” kitabının təqdimatı keçirilir + FOTO ( AZpress.AZ ) YENİLƏNDİ

AZpress.AZ xəbər saytı məlumat verir ki, bu gün Mətbuat Şurasında Asif Bəkirlinin “ İnsan Resurslarının İdarə edilməsi : nəzəriyyədən praktikaya ” kitabının təqdimatı keçirilir


1964 – cü il Göyçayın Alıkənd kəndində neftçi ailəsində anadan olmuş Asif Şahnəzər oğlu Bəkirli əmək fəaliyyətinə çilingər kimi başlamış, 1989 – cu ildən etibarən ölkənin ictimai – siyasi proseslərində fəal iştirak etməklə yanaşı, gənc mütəxəssis kimi neft sənayesində müxtəlif vəzifələrdə çalışmışdır. 2005 – ci ildən Təlim Tədris Sertifikatlaşdırma departamentinin direktoru işləmiş A.Bəkirli 2011- ci ildən etibarən isə SOCAR – ın Baş ofisinin İnsan Resursları Departamentinin rəisi kimi çalışır.


Fəaliyyəti dövründə dünyanın inkişaf etmiş bir çox ölkələrində işgüzar səfərlərdə olmuş, menecmentlik, insan resurslarının idarə edilməsi, liderlik, keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi idarəetmə sistemləri ilə bağlı təlim və praktiki kurslarda iştirak edərək müvafiq sertifikatlara layiq görülmüşdür.


Beynəlxalq standartların tətbiqi və insan resurslarının idarə edilməsi ilə başlı mütəmadi olaraq Kütləvi İnformasiya vasitələrində çıxışlar etmiş və məqalələri dərc olunmuşdur. Bunlarla yanaşı bir sıra bədii və elmi kitabların məsləhətçisi , həmmüəllifi və müəllifidir.


AMEA – nın İqtisadiyyat İnstitutunda Fəlsəfə Doktoru üzrə “ İdarəetmənin Keyfiyyətinin Yüksəldilməsi İstiqamətləri “ mövzusunda elmi araşdırmalar aparır.


Azərbaycan KİVİHİ RH – nin qərarı ilə Qızıl Qələm media mükafatı laureatı, Neft və Qaz sənayesinin inkişafındakı xüsusi xidmətlərinə görə Fəxri Fərman və Prezident İlham Əliyevin “ Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında “ 2014 – cü il 19 sentyabr tarixli 734 nömrəli Sərəncamı ilə Azərbaycan neftçilərinin peşə bayramı və “ Əsrin Müqaviləsi “ nin 20 illiyi münasibətilə ölkənin neft sənayesinin inkişafında xidmətlərinə görə “ Tərəqqi “ medalı ilə təltif edilmişdir.


Azərbaycan Respublikasının neft sənayesi işçilərinə “ Əməkdar mühəndis “ fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2016 – cı il tarixli Sərəncamına əsasən Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə “ Əməkdar mühəndis “ fəxri adı verilmişdir.
Asif Bəkirlinin 2016 – cı ildə “ Elm və Təhsil “ nəşriyyatında çap edilmiş “ İnsan Resurslarının İdarə edilməsi : nəzəriyyədən praktikaya “ adlı kitabında əsas məqsəd onun öz fikir, düşüncə və baxışlarını cəmiyyətə təqdim etməsi, bölüşməsi ilə yanaşı həm də toxunulan mövzuların aktuallığını, həmçinin bu mövzularla bağlı ana dilində yazılmış yazıların olub – olmamasının da xüsusi əhəmiyyəti vardır. Məhz bu kitabın tərtib edilməsində də məqsəd müasir dövrdə idarəetmənin keyfiyyətinin yüksəldilməsində Beynəlxalq İdarəetmə sistemlərinin və İnsan Resurslarının İdarə edilməsi sisteminin mahiyyəti , tətbiqinin idarəetmənin keyfiyyətinin yüksəldilməsindəki əhəmiyyəti və mdavamlı inkişafındakı rolu, Azərbaycanın ən böyük milli neft şirkəti olmaqla , iqtisadiyyatımızda xüsusi rolu olan SOCAR – da Beynəlxalq İdarəetmə Standartlarının və İnsan Resurslarının İdarə edilməsinin praktiki olaraq tətbiqi nəticəsində əldə edilən uğurlardan bəhs edilməklə bir çox məsələlərə aydınlıq gətirilir. Bu kitabda bir – biri ilə sıx bağlılığı olan əsasən iki istiqaməti əhatə edən mövzularla bağlı yazılar əksini tapmışdır. Bu istiqamətlərdən biri daxili və xarici bazarda müəssisənin imicinin müsbət mənada formalaşması, idarəetmədə daha müasir metodların tətbiq edilməsi, sifarişçilər üçün etibarlı tərəf müqabili olmaq, daha böyük və etibarlı işlərin həyata keçirilməsinə əminlik, sifarişçilərin tələblərinə uyğun sənədləşdirmə işlərinin aparılması , işləri təhlükəsiz , ətraf mühitə ziyan vurmadan və keyfiyyətlə yerinə yetirmək , bütün fəaliyyətə tam nəzarət etmək imkanı, bütün işçi personalının öz bacarıq və qabiliyyətini nümayiş etdirməsi, uyğunsuzluqların vaxtında aşkar edilməsi və aradan qaldırılması, komanda şəklində işləmək bacarığı, vaxta qənaət, sifarişçi məmnuniyyətinin qazanılması və s kimi vacib məsələlərin həllini tapması ilə bağlı mövzuları əhatə edir. Digər istiqamət günümüzdə müəssisənin məhsul və xidmət istehsalında qarşıya qoyulan məqsədə çatması üçün istifadə etmə məcburiyyətində olduğu resurslardan biri olan, istehsal prosesinin həm ayrılmaz bir hissəsi, həm də ki, eyni zamanda istehsalın hədəfi olan təşkilat daxili və xaricdən potensial olaraq yararlana biləcək bütün işçi qüvvəsini, bir sözlə yuxarı pillədəki rəhbərdən aşağı mövqeni tutan işçilərədək hamını əhatə edən İnsan Resurslarının idarə edilməsi ilə bağlı proseslərin və proseslər sisteminin nəzəri və praktiki statistik göstəricilərlə qeyd olunduğu mövzuları əhatə edir.

 

   !  © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! 
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !