Şəkidə Dini radikalizmin gənclərin vətənpərvərlik ruhuna mənfi təsiri" mövzusunda tədbir keçirilib - + FOTO

Şəkidə “Dini radikalizmin gənclərin vətənpərvərlik ruhuna mənfi təsiri" mövzusunda tədbir keçirilib + FOTO

Noyabrın 24-də Şəki rayonu Daşüz kənd tam orta məktəbində Şəki şəhər Mərkəzi “Cümə” məscidi dini icmasının “Dini radikalizmlə mübarizə hər birimizin borcudur” layihəsi çərçivəsində “Dini radikalizmin gənclərin vətənpərvərlik ruhuna mənfi təsiri" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev və əməkdaşı Elvin Qarayev, Şəki şəhər Mərkəzi “Cümə” məscidinin imamı Müşfiq Xəlilov, din xadimlərı, müəllimlər və şagirdlər iştirak ediblər.
Şəki rayonu Daşüz kənd tam orta məktəbinin direktoru Anjelika Hüseynova tədbiri giriş sözü ilə açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib. Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı səmərəli mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində görülən işlər barədə məlumat verib.
Daha sonra çıxış edən Şəki şəhər Mərkəzi “Cümə” məscidinin imamı Müşfiq Xəlilov gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən, onları radikal təsirlərdən qorumağın yollarından bəhs edib. Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov dini radikalizmin qarşısının alınmasında ən mühüm addımın maarifləndirmə işi olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !