TARKANIN DJ-Yİ SEVİNC MUSAYEVANIN HANSI MAHNISINA YENİ NƏFƏS VERDİ? - + VİDEO

TARKANIN DJ-Yİ SEVİNC MUSAYEVANIN HANSI MAHNISINA YENİ NƏFƏS VERDİ? + VİDEO

Pop star Sevinc Musayevadan gözlənilən mahnı və yeni fotosessiya

 

AZpress.AZ xəbər verir ki, məşhur estrada ulduzu Sevinc Musayeva, yeni mahnısını təqdim edib. Dəbli ifaçı bu dəfə dillər əzbərinə çevrilən "Bilə - bilə" bəstəsinə yeni nəfəs verib.

 

Sözləri müğənninin bacısı Aygün Musayeva, musiqisi Yalçın Məlikova məxsus olan mahnını Türkiyədə Tarkanın diceyi Orçun Ağaçdan aranjiman edib.

 

"Orçun böyük istedad sahibidir. Onunla çalışmaq çox xoş oldu. Qarşıda Orçunla birgə görəcəyimiz çox maraqlı işlər var".

 

Estrada ulduzu yeni fotosessiyaya da imza atıb. Sevincin " Polis qadın" obrazını yaratmış şəkilləri haqda da çox danışılacaq kimi görünür. O, fotoqraf Emin Məmmədovun kamerası qarşısına keçib. Sənətçinin stili üzərində məşhur top-stilist Nərmin İbrahimova çalışıb.

 


Sözügedən mahnı ilə yeni fotoları oxucularımıza təqdim edirik:

 

https://www.youtube.com/watch?v=xBJ6kvN8J7o&feature=share 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !