Şəkidə Tarix İnstitutunun nəşrlərinin sərgisi təşkil olunub - + FOTO

Şəkidə Tarix İnstitutunun nəşrlərinin sərgisi təşkil olunub + FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun başçılığı altında institut əməkdaşlarından ibarət nümayəndə heyəti Şəki şəhərində keçirilənTÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısında və “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki-2016” ilinin bağlanış mərasimində iştirak edib.
Şəki şəhərindəki “Marxal” müalicə-istirahət kompleksində“Türk dünyasının mədəniyyət paytaxtı – Şəki-2016” ili çərçivəsində Tarix İnstitutunun çap etdirdiyi kitabların sərgisi təşkil olunub.
Bu sərgidə Tarix İnstitutunun son illərdəAzərbaycanın və türk dünyasının tarixinə həsr olunmuş 100-dən çox adda kitabları yer alıb.
Azərbaycanın müxtəlif bölgələrinin tarixinə, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlarına, Azərbaycanın beynəlxalq əlaqələri tarixinəhəsr olunmuş kitablar TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının toplantısında iştirak edənlərin böyük marağına səbəb olub.
Bu kitablar arasında müxtəlif dillərdə çap olunmuş “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, İrəvan xanlığının tarixi ilə bağlı 12 broşür, “Azərbaycanlılar: etnik-siyasi tarixə ümumi baxış” və digər kitablar yer alıb.
Qeyd edək ki, Şəki “Türk dünyasının mədəniyyət paytaxtı” estafetini Qazaxıstanın Türküstan şəhərinə ötürüb.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !