Azərbaycan Dövlət Yuğ Teatrı Şərqi hiss et adlı Muzey Gecəsində çıxış edib - + FOTO

Azərbaycan Dövlət Yuğ Teatrı “Şərqi hiss et” adlı Muzey Gecəsində çıxış edib + FOTO

Dekabrın 3-də Yarat Müasir İncəsənət Məkanında “Şərqi hiss et” adlı Muzey Gecəsi baş tutub. Gecədə şərq mədəniyyətinin bir çox bütün sahələrini əhatə edən silsilə tədbirlər həyata keçirilib.
Gecədə həmçininAzərbaycan klassik ədəbiyyatının ən dəyərli incilərindən olan Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından parçalar və xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında F.Əmirovun “Nizami” simfoniyasısəslənib.
Tədbir çərçivəsində Azərbaycan Dövlət Yuğ Teatrı maraqlı performansla tamaşaçıların zövqünü oxşayıb. Performansda Yuğ teatrının sənətçiləri əməkdar artist Yaqut Paşazadə, Qasım Nağı və Ləman Novruzova çıxış edib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !