Leyli və Məcnun un premyerası oldu... - + FOTO

“Leyli və Məcnun”un premyerası oldu... + FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası baş tutub. Görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin məşhur “Leyli və Məcnun” poeması əsasında ilk dəfə olaraq dramatik janrda hazırlanan eyniadlı səhnə əsəri tamaşaçılara təqdim olunub.
Quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov olan tamaşanın musiqi tərtibatçısı Kamil İsmayılov, məsləhətçisi İlqar Fəhmi, döyüşlərin quruluşçusu İsa Əsədovdur.
50-dən artıq aktyorun iştirak etdiyi yeni səhnə əsərində əsas obrazları Əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Elşən Rüstəmov, aktyorlar Rövşən Abbasov, Rəşad Səfərov, Mehriban Abdullayeva, Mehriban Hüseynova, Sevinc Mehrəliyeva, Zemfira Əbdülsəmədova, Bəhram Həsənov, Səbinə Məmmədova, Elşən Çarhanlı, Şəbnəm Hüseynova, Könül Əbilova, Venera Abbasova, Hüsniyyə Əhmədova, Kərəm Hadızadə, Elnur Hüseynov, Elşən Şıxəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Müşfiq Əliyev, Vüqar Məmmədəliyev, Anar Səfiyev, Elgün Yəhyayev, Gülbəniz Mustafayeva və başqaları ifa ediblər.
Tamaşanın yaradıcı heyətinin səhnə əsərinə fərqli baxışı və yanaşması, aktyorların peşəkar ifaları sayəsində ərsəyə gələn iki hissəli nakam məhəbbət dastanı tamaşaçıların göz yaşları və sürəkli alqışları ilə müşaiyət edilib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !