Yeyənkənddə həkim məntəqəsi açıldı - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Yeyənkənddə həkim məntəqəsi açıldı + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

"AZpress.AZ"-ın Masallı müxbiri Əlihüseyn Şükürov xəbər verir ki, Dünya Bankının maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Yeyənkənd kəndində həkim məntəqəsi üçün yeni binanın açılış mərasimi oldu.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, mərkəzi rayon xəstəxanasının baş həkimi Cəlil Nəzərov, AzKİL-in Muğan - Salyan RƏO üzrə proqram mütəxəssisi Fəridə Eminova və kənd sakinləri iştirak edirdilər.
Mərasimdə çıxış edən RİHB-nin Yeyənkənd ərazisi üzrə nümayəndəsi Barat Nağıyev, kənd ağsaqqalı Mirhəsən Əhmədov, həkim məntəqəsinin müdiri Əsgər Abbasov və başqaları bölgələrdə sosial problemlərin həlli, ucqar kəndlərdə tibbi xidmətin səviyyəsinin ildən-ilə yüksəldilməsi istiqamətində Masallıda böyük işlərin görüldüyünü diqqətə çatdırıb, bunun üçün Prezident İlham Əliyevə və rayon rəhbərinə dərin minnətdarlıq bildirdilər, son illərdə rayonda səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün həyata keçirilən tədbirlərdən, rayonda və kəndlərdə gedən tikinti-abadlıq işlərinin geniş vüsət almasından danışdılar.

 

Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov dedi:

 

-Bu gün sizinlə görüşə gəlmişəm. Fərəhlidir ki, kəndinizdə gözəl, hər cür şəraiti olan həkim məntəqəsinin açılışını da etdik. Son illərdə kəndlərimizdə 15-ə yaxın həkim, tibb məntəqəsi açılmış, bəziləri əsaslı təmir edilmişdir. Halbuki son vaxtlara kimi bəzi səhiyyə obyektləri şəxsi evlərdə və ya uyğunlaşdırılmış binalarda yerləşirdi. İndi demək olar ki, bu problem həllini tapmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyev əhalinin sağlamlığı üçün çox mühüm tədbirlər həyata keçirməyə çalışır. Rayonumuzda həkim məntəqəsinin istifadəyə verilməsi bu qayğının təzahürüdür. Təbrik edirəm.

 

Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov həkim məntəqəsinin rəmzi lentini kəsərək otaqlarda yaradılmış şəraitlə tanış oldu.
Tibb məntəqəsinin yeni binasının açılışı münasibətilə sakinləri təbrik edən icra başçısı burada çalışacaq tibb işçilərinə uğurlar arzuladı.

 

 

 

***

 

 

MASALLI RATONUNUN YEYƏNKƏND KƏNDİNDƏ MASALLI RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI CƏNAB RAFİL İSRAFİL OĞLU HÜSEYNOVUN SƏYYAR GÖRÜŞ-QƏBULU KEÇİRİLMİŞDİR

 

Səmərəli təkliflər, vacib tövsiyələr

"AZpress.AZ"-ın Masallı müxbiri Əlihüseyn Şükürov xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil İsrafil oğlu Hüseynovun növbəti səyyar qəbulu Yeyənkənd kəndi ərazisində keçirildi.
Masallı rayonunun Yeyənkənd ərazisi Abbasbəyli və Xəlfələr kəndlərini əhatə edir. Ərazidə əhalinin sayı 3338 nəfər, təsərrüfatın sayı 847-dir. Pay torpaqları 610 hektardır. Ərazidə 1 tam orta məktəb,1 həkim, 1 tibb məntəqəsi, EATS, poçt və klub fəaliyyət göstərir.
Masallı rayonundakı Yeyənkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin həyətində təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil İsrafil oğlu Hüseynov açaraq sakinləri salamladı, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etdi.
RİH başçısı rayonda kənd təsərrüfatının bütün sahələri, o cümlədən əhaliinin sosial inkişafı, tərəvəzçilik, tütünçülük və çiyələkçilikdən istifadə ilə əlaqədar fikirlərini söylədi. Rayon rəhbərinin geniş və hərtərəfli şərhi, tövsiyə və məsləhətləri sakinlərdə böyük maraq yaratdı. Sonra sözü sakinlərə verdi.

 

Ərazi sakinləri Sərxoş Şiriyev, Əliqulu Cəfərov, Əlican Şükürov, Məmmədəli Məcidov, Canoğlan Canəliyev, Zahirə Əliyeva, Fəxrəddin Fərəcov və başqaları çıxış edərək son vaxtlar rayonda və Yeyənkənd ərazisində görülmüş işləri təqdir edib, kənd əhalisi adından ölkə Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq bildirdilər.Kəndin daxili yollarının təmir olunması, işıq və qazın verilişində olan nöqsanların aradan qaldırılmasından danışıb, həmçinin şikayət və təkliflərini səsləndirdilər.
Rayon rəhbəri verilən təkliflərin nəzərə alınacağını qeyd edib, aidiyyəti idarə və müəssisə rəhbərlərinə tapşırıqlar verdi.

 

Tədbiri yekunlaşdıran Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil İsrafil oğlu Hüseynov dedi:

 

-Görüşümüz səmərəli oldu. Ən fərəhlisi budur ki, həkim məntəqəsi kimi vacib bir səhiyyə obyektinin açılışını etdik. Təklifləriniz də həyata keçiriləcək. Çünki, əvvəlki görüşlərimizdə edilən müraciətlərin də əksəriyyəti yerinə yetirilib. Bu gün sizə ən vacib tövsiyəm budur ki, balalarınızın təhsili ilə maraqlanasınız. Rayonumuzda turizm mərkəzi açılır. Buraya ixtisaslı kadrlar lazımdır. Belə kadrlar isə rayonumuzdakı dövlət regional kollecində hazırlanır. Odur ki, ingilis dilini və kompüteri yaxşı öyrənmək vacibdir ki, turizm obyektlərində işlə təmin olunsunlar.

 

İkinci tövsiyəm isə erkən nikahlarla bağlıdır. Bu sahədə irəliləyiş olsa da problem hələ həllini tapmayıb. Xüsusilə qızların təhsilinə önəm verilməlidir. Erkən nikahlar cinayətdir, cəmiyyətimiz, genefondumuz korlanır. Buna hamı cavahdehdir.

 

Rayon rəhbəri görüş iştirakçılarının diqqətini kənddə təsərrüfatın dirçəldilməsi üçün yeni sərfəli sahələrin tətbiqi ilə əlaqədar tövsiyələr də verdi.

 

 

Əlihüseyn ŞÜKÜROV.
Masallı rayonu  

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !