Gənclər Təşkilatları Milli Şurasının illik hesabat tədbiri keçirilib - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov )

Gənclər Təşkilatları Milli Şurasının illik hesabat tədbiri keçirilib FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov )

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) illik hesabat tədbiri və üzvlərinin Məclisi keçirilib.

 

AZpress.AZ-ın məlumatına görə, tədbirdə dövlət rəsmiləri, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

 

 

Tədbir dövlət himninin oxunması ilə başlayıb, ARGTMŞ-in hesabat xarakterli videoçarxı izlənib. Çıxış edən ARGTMŞ sədri Seymur Hüseynov təşkilatın 2016-cı il üzrə fəaliyyət hesabatını və 2017-2018-ci illər üzrə İnkişaf Strategiyasını təqdim edib.

 

 

Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda həyata keçirilən gənclər siyasətindən bəhs edib, ARGTMŞ-ə fəaliyyətində uğurlar arzulayıb.

 

 

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdir Vüsal Quliyev bildirib ki, ARGTMŞ-nin konfederativ qurum kimi fəaliyyət göstərməsi müsbət bir ənənədir. V. Quliyev ARGTMŞ-in bundan sonra da gənclər siyasətinə töhfə verəcəyinə inandığını vurğulayıb.

 

 

Gənclər və idman komitəsinin sədri Fuad Muradov da ARGTMŞ-ə fəaliyyətində uğurlar arzulayıb.

 

 

Tədbirin gedişatında ARGTMŞ tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən "Yerli" Kənd Gənclərinin İnkişaf Proqramının hesabat vide-çarxı izlənib və proqram çərçivəsində fəallığı ilə fərqlənən kənd gənclərinin mükafatlandırma mərasimi keçirilib.

 

 

Daha sonra ARGTMŞ-in üzvlərinin Məclisi keçirilib, ARGTMŞ-ə üzv olmaq üçün müraciət edən təşkilatların namizədliyinə baxılıb, Məclis üzvlərinin səsverməsi əsasında yeni üzvlər qəbul edilib. Məclis ARGTMŞ-in fəaliyyət hesabatı və 2017-2018-ci illər üzrə İnkişaf Strategiyasını qəbul edib. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !