Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Aida" operasının tamaşası keçiriləcəkdir -

Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Aida" operasının tamaşası keçiriləcəkdir

Dekabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya klassik opera sənətinin ən dəyərli nümunələrindən biri - Cüzeppe Verdinin "Aida" operasının tamaşası keçiriləcəkdir.

 

Tamaşada əsas partiyalardan birini - Aida partiyasını ilk dəfə Teatrın aparıcı solisti - Əməkdar artist, Azərbaycan Respublikası Prezidenti mükafatçısı Afaq Abbasova ifa edəcəkdir. Amneris rolunda gənc solist Nina Makarova, Misir şahı partiyasında Xalq Artisti Əli Əsgərov, Ramfis partiyasında Əmməkdar Artist Əkrəm Poladov, Kahin qadın rolunda Əməkdar Artist Gülnaz İsmayılova çıxış edəcəklər.

 

Tamaşada iştirak etmək üçün Gürcüstanlı vokalçılar - Gürcüstanın Xalq Artisti və Dövlət Mükafatı laureatı, professor Teymuraz Ququşvili (Radames) və Əməkdar Artist Sulxan Qvelesiani (Amonasro) da dəvət olunmuşlar.

 

Tamaşanın dirijoru Xalq artisti, professor Cavanşir Cəfərovdur. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !