Gəncədə mədrəsə açılacaq -

Gəncədə mədrəsə açılacaq

Azərbaycanın müxtəlif şəhər və rayonlarında 7 yeni mədrəsənin açılması planlaşdırılır.

 

Həmin dini məktəblər Bakı şəhərində yerləşən “Heydər” və “Bibiheybət” məscidlərinin nəzdində, Nardaran qəsəbəsində, Naxçıvan, Gəncə, Lənkəran şəhərlərində və Quba rayonunda fəaliyyət göstərəcək.

 

Gənclərə yüksək səviyyəli dini təhsil verilməsini nəzərdə tutan mədrəsələrdə təhsil alanlara Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həm təqaüd veriləcək, həm də onlar yataqxana və geyimlə təmin olunacaqlar.

 

Hazırda müvafiq qurumlar bu istiqamətdə iş aparır.

 

Qeyd edək ki, bu gün Azərbaycanda üç mədrəsə - Bakıda “Şəbnəm” qızlar mədrəsəsi, Zaqatala rayon Əliabad islam mədrəsəsi və Şəki islam mədrəsəsi dövlət qeydiyyatına alınıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !