Beynəlxalq Muğam Mərkəzində möhtəşəm konsert! - FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm konsert! FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

AZpress.AZ xəbər saytı bildirib ki, 1 dekabr 2016 cı il tarixində Beynəlxalq Muğam Mərkəzində” Ustadlara sayğı gecəsi” adlı sazlı-sözlü gecə keçirilmişdir.Hər zaman ozan və aşıqları ilə dünyada tanınan iki dövlət arasında milli adət - ənənələrin oxşarlığı xalqlarımız arasında dostluq və qardaşlığı daha da möhkəmləndirmək məqsədilə keçirilən gecənin təşkilatçısı Yunus Əmrə İnstitutu bu dəfə də xalqımızı gəzəl səs sənətçilərinin iştirakı ilə sevindirdi. İlk olaraq səhnəyə Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı çıxışı zamanı Ozanımız Dədə Qorquddan bu günə qədər aşıq sənətinin inkişafında rolu olmuş aşıqlardan danışmış və Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldrımı səhnəyə dəvət etmişdir. İbrahim Yıldırım bu gecənin təşkili zamanı yaxından dəstək olan hər kəsə təşəkkürünü bildirmiş və iki xalq arsında olan mədəni əlaqələrin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.

 

Gecədə əsrlərdən miras qalan və ruhumuzu oxşayan müxtəlif saz havaları və muğamlarımız dinlənilib. Konsert proqramında Türkiyənin tanınmış ifaçısı Armağan Elçi, Azərbaycanın Əməkdar Artisti, xanəndə Elnarə Abdullayeva və “Çeşmə” folklor qrupu tərəfindən Aşıq Veysəl, Aşıq Reyhan, Qaracaoğlan, Mahzuni Şərif, Pir Sultan Abdal, Abdulvahid Kuzecioğlu, Aşıq Ələsgər, Aşıq Şəmşir, Neşat Ertaş, Məhəmmədhüseyn Şəhriyarın sözlərinə yazılmış və xalq mahnılar, həmçinin muğamlar ifa edilib. Türkiyəli sənətçini Ankara Dövlət Türk Xalq Musiqisi Ansamblı, Elnarə Abdullayevanı isə "Xaqan" instrumental ansamblı müşayiət edib.

AZpress.AZ, Minə Türksoy. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !