Youth Inc. Business Academy Akselerasiya Proqramının bağlanış mərasimi! - + FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov )

“Youth Inc. Business Academy” Akselerasiya Proqramının bağlanış mərasimi! + FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov )

AZpress.AZ xəbər sayti bildirir ki, 1 dekabr 2016 cı il tarixində Bakı Expo mərkəzində “Youth İnc.Business Academy” nin tədbiri baş tutmuşdur. Tədbir “Coca-Cola” şirkəti, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC), Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Yüksək Texnologiyalar Parkı” və “Nobel Oil” enerji şirkətinin dəstəyi ilə “Youth Inc.” Gənclərin sahibkarlıq proqramı çərçivəsində həyata keçirilən “Youth Inc. Business Academy” Akselerasiya Proqramı 6 həftəlik intensiv təlim-tədris kursunu başa vurub. Layihənin Yüksək Texnologiyalar Parkında baş tutmuş bağlanış və mükafatlandırma mərasimində müsabiqə iştirakçıları ilə yanaşı, proqramın tərəfdaş nümayəndələri, rəsmi qonaqlar, digər inkubasiya mərkəzlərinin təmsilçiləri və media nümayəndələri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev qonaqları salamlayaraq nitqinə başlayıb: “İqtisadiyyatımızın inkişafı hər zaman aktual mövzulardan biri olaraq qalır. Bilirik ki, sabahın iqtisadiyyatı bu günün gəncliyindən başlayır. Biz də “Youth Inc.” Proqramı olaraq biznes proqramlar, təlim-tədris kursları təşkil etməklə gənclərimizin inkişafına şərait yaradırıq. Belə layihələrdən biri olan “Biznes Academy” Akselerasiya Proqramını təşkil etməkdə məqsədimiz biznes sahəsində gələcəyini qurmaq istəyən, biznes yönümlü gənclərin bu sektorda ilkin addım atmalarına maksimum imkan yaratmaqdır”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !