Bəhruz Kəngərli adına Sərgi Salonunda yaradıcı gənclərin sərgisi açılmışdır - + FOTO

Bəhruz Kəngərli adına Sərgi Salonunda yaradıcı gənclərin sərgisi açılmışdır + FOTO

21 dekabr 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda yaradıcı gənclərin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət müsabiqə keçirilmişdir. Əvvəlcə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev çıxış edərək tədbirin mahiyyəti haqqında məlumat vermiş, gəncləri belə tədbirlərdə aktiv olmağa çağırmışlar. Daha sonra qaliblər mükafatlandırılmışdır. Yekun nəticəyə görə I yerə İsmayıllı İsmayıl, II yerə Alməmmədova Gülayə, III yerə Vəliyeva Nigar, həvəsləndirici yerlərə Calalova Qaratel, Əhmədova Zeynəb, Zeynalova Aysu, Bayramova Firuzə, Əlizadə Xədicə, Məmmədov Qeybalı, Hacıyeva Ayşən, Vəliyeva Sahilə, Həsənov Məna və Həsənov Firəddin layiq görülmüşlər. Qaliblərə təşkilatçıların diplom, fəxri fərman və hədiyyələri təqdim olunmuşdur. Tədbirin sonunda sərgiyə baxış olmuşdur. Qeyd edək ki, sərgi 28 dekabr 2016-cı il tarixədək davam edəcəkdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !