Qubada RƏNGLİ DÜNYAM layihəsinə start verilib - + FOTO

Qubada “RƏNGLİ DÜNYAM” layihəsinə start verilib + FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olan Çinarə İmanquliyevanın rəhbəri olduğu Quba rayon Gənclər və İdman İdarəsi və Quba rayon Təhsil Şöbəsinin dəstəyi ilə icra edilən “Rəngli dünyam” adlı layihə istedadlı gənclərin əl işlərindən ibarət sərgini təşkilini nəzərdə tutr.
Quba Gənclər Mərkəzində keçirilən sərgi 3 gün davam edəcək.
Açılış mərasimində çıxış edən layihənin rəhbəri Çinarə İmanquliyeva ideyasının reallaşdırılmasına dəstək verdiyinə görə Gənclər Fonduna təşəkkürünü bildirib və əlavə edib ki, bu layihədə əsas məqsəd istedadı olan gənclərin cəmiyyətə tanıdılması və eyni zamanda onların həvəsləndirilməsi və bacarıqlarının daha da təkmilləşdirilməsinə dəstək olmaqdır.
Açılış mərasiminda iştirak edən Quba rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev bildirib ki, bu kimi layihələrin əhəmiyyəti ondadır ki, gənclər öz bacarqılarını rahat və təmənnasız olaraq sərgiləyə bilir və nəticədə digər bacarıqlı gənclərin də əvəslənməsinə yol açır.
3 gün davam edəcək sərgidə Quba rayonunun müxtəlif ərazilərdə yaşayan 70 nəfər gəncin 115 əl iş sərgilənir. Layihə çərçivəsində həm də əl işlərindən ibarət kataloq hazırlanacaq həm də bir qisim gənclər mükafatlandırılacaqdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !