Kreativ gənclik sağlam cəmiyyətin keşiyində sərgi -

“Kreativ gənclik sağlam cəmiyyətin keşiyində” sərgi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Vəfa Cahangirovanın layihə rəhbəri olduğu “Kreativ gənclik sağlam cəmiyyətin keşiyində” adlı layihəsi ilə bağlı olaraq 24-25 dekabr sərgi həyata keçiriləcək.

 

Qeyd edək ki, layihə istedadlı gənclərin kəşf edilməsi, eləcə də kəşf edilmiş istedadların faydalı şəkildə Azərbaycan gəncliyinin inkişafına təkan rolunu oynamasının təmin olunması, maarifləndirmə işlərində cəmiyyət üzvlərinin rolunun artırılması, gənclərimizin sağlam ruhda formalaşdırılmasının təmin olunması, pis vərdişlərin təhlükəliliyi və yarada biləcəyi mənfi nəticələri gənclərimizin köməkliyi ilə cəmiyyət üzvlərinə çatdırılması məqsədi güdür..

 

Sərgidə iştirak edərək layihə iştirakçıların yaratdıqları rəsm əsərləri ilə tanış ola bilərsiniz.
Sərgi günləri: 24-25 dekabr
Saat: 15:00-17:00
Məkan: Artlife (Caspian Business Centre 5-ci mərtəbə 6-cı otaq)
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !