Yelkən federasiyası yeni bir uğura imza atdı - + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Yelkən federasiyası yeni bir uğura imza atdı + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Hər zaman ölkəmizdə idmana böyük maraq olmuşdur. Bir çox idman növlərinin olması , onların Federasiyalarının yaranmasından məlum olur ki, bir ölkə olaraq , bir xalq olaraq hər zaman sağlamlığımızı düşünmüş və övladlarımızı sağlam ruhda böyütməyə çalışmışıq . Azərbaycanda olan idman növləri sırasına yeni bir idman yelkənli qayıq sürmə növü qatıldı. Federasiya gənc olmasına baxmayaraq fəaliyyətə aktiv başlamışdır. Bu növün gənc olmasına baxmayaraq öz ətraflarına yetərincə komanda toplamağı bacarmışlar. Azyaşlı uşaqlardan ibarət olmasına baxmayaraq güclü bir komanda yarada bilmişlər . Ölkə xaricində keçirilən müsabiqələrdə də layiqincə Azərbaycanı təmsil etmişlər.

 

AZpress.AZ saytı bildirir ki, 22 dekabr 2016 cı il tarixində Yelkənli Federasiyası yeni bir uğura imza atmışdır. Media nümayəndələrinin Yelkenli Qayıq sürmə idman növünə olan münasibətləri , bu idman növündə hazırladıqları reportajlar əlbətdə ki, maraqla izlənir və qarşılanır.Bu münasibətlə təşkil olunan müsabiqədə jurnalistlərin və foto müxbirlərin iştirakı onların yaratdıqları maraqlı işlər Federasiya tərəfindən mükafatlandırılmışdır.

 

Tədbiri Federasiyanın Mətbuat katibi Nərmin Seyidova açıq elan edərək bildirmişdir ki, hər zaman bir ilkə imza atan Yelkənli Federasiyanın bu tədbirini də ilklərdən hesab etmək olar. Bu cür müsabiqələrin keçirilməsi davam edəcək və hər zaman media nümayəndələri ilə sıx əməkdaşlıq ediləcək. Sonda media nümayəndələri diplom və mükafatlarla təltif olunmuşlar.

 

AZpress.AZ saytı bildirir ki, müsabiqədə əməkdaşımız Azpress.AZ saytının redaktor müavini Rüstəm İsmayılov ən yaxşı foto reportajına görə birinciliyə layiq görülmüşdür. Rüstəm İsmayılovu təbrik edir onun uğurunu saytımızın uğuru hesab edirik.

 

AZpress.AZ, Minə Türksoy. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !