AZpress.AZ xəbər saytının foto-müxbiri Rüstəm Fərman İsmayılovun fərdi sərgisi - + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov ) (YENİLƏNDİ)

AZpress.AZ xəbər saytının foto-müxbiri Rüstəm Fərman İsmayılovun fərdi sərgisi + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov ) (YENİLƏNDİ)

AZpress.AZ xəbər saytının məlumatına istinadən bildiririk ki, Azərbaycanlı peşəkar foto-müxbir Rüstəm Fərman İsmayılov Azərbaycanı tanıtmaq məqsədilə Norveçin Oslo şəhərində keçirdiyi foto sərginin davamı olaraq Bakı şəhərində də sərgisini keçirməyi planlaşdırıb . Bir çox sərgilərdə , müsabiqələrdə iştirak edən fotoqrafın bu , xaricdə ilk peşəkar fərdi foto- sərgisidi. Sərginin keçirilməsində məqsəd vətənimizin mənzərələrini, mədəniyyətini, tarixini, gənclərini əcnəbi dövlətlərdə tanıtmaqdır. Hər zaman öz işinə ciddi və məsuliyyətli yanaşan fotoqrafın Bakıda keçirilən sərgisi Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun, Xətai Sənət Mərkəzinin dəstəyi ilə həyata keçirilib. Azərbaycan Respublikasının Müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş sərgi 24 dekabr 2016-cı il tarixində Xətai sənət mərkəzində saat 14:00 da baş tutub. "Öz yolu ilə addımlayan , kimsəni təqlid etməyən özünün xüsusi baxış nöqtəsi, xüsusi çəkilişləri olan fotoqraf çəkdiyi fotolar da hər zaman milliliyi, adət ənənəni qorumuş və çəkdiyi fotolarda hər zaman təbliğ etmişdir. Sərgidə iştirak etmək üçün bir çox tanınmış simalar, fotoqraflar və media numayəndələri iştirak edib. AZpress.AZ ailəsi olaraq saytımızın redaktor muavini Rüstəm İsmayılova sənət yollarında uğurlar arzu edirik və hər zaman həmkar olaraq ona dəstəyik.
AZpress.AZ, Minə Türksoy.

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !