Rüstəmin möcüzəli dünyası - + FOTO ( AZpress.AZ - Hüseyn Kərimov, İlqam Cəbiyev)

Rüstəmin möcüzəli dünyası + FOTO ( AZpress.AZ - Hüseyn Kərimov, İlqam Cəbiyev)

Hər bir insan dünyaya öz baxış bucağından baxır. Kimsə gözəl mənzərəyə baxar və ondan zövq almaz, kimsə ürək açmayan panoramada elə bir detalı görər ki, bu ona məmnun olmağa kifayət edər. Sənət adamlarının dünyaya baxışı digərlərindən müəyyən qədər fərqlənir. Elə buna görə də onlar cəmiyyətdə xüsusi statusa malikdirlər. Sənət adamları arasında şair və yazıçılar dünyaya baxışlarını ədəbi ifadələrlə bildirir, rəssam və heykəltəraşlar təxəyyüllərində olan formanı rənglər və gil vasitəsilə canlandırır , bəstəkar və ifaçılar isə Tanrı tərəfindən bəxş olunan musiqi duyumu ilə əxz edirlər...
Hər bir sənət növünün inciləri özü-özlüyündə fitri istedad, bacarıq və zəhmət müqabilində ərsəyə gəlir. Və bu sənət inciləri həyatımızın ayrılmaz bir hissəsidir. Amma bu sənət növlərindən estetik və mənəvi tərəfləriylə seçilən və fərqlənən foto sənətidir ki, həyatın ayrı-ayrı anlarını əbədiləşdirir, tarixə çevirir. Əlbəttə indiki dövrdə, müasir texnoligiyaların inkişafı nəticəsində, bir vaxtlar əlçatmaz sayılan fotoapparatlar indi hər kəsin mobil telefonunda adi bir funksiyaya çevrilmişdir.Yəni indi hamı şəkil çəkmək və onu müxtəlif sosial şəbəkələrdə yayımlamaq imkanına malikdir. Lakin mobil telefon və həvəskar foto apparatlarla çəkilən şəkillər həvəs və xobbi anlamından başqa bir şeyi ehtiva etmir. Çünki əsl sənətkar- fotoqraf olmaq hər kəsə nəsib olmur. Bəziləri elə düşünür ki, burda elə də çətin bir şey yoxdur. Apparatın kamerasını istənilən nöqtəyə tuşladın, düyməni basdın və şəkil hazırdır. Xeyir bu heçdə asan bir iş deyil...
Dekarın 24-də Xətai incəsənət mərkəzində Azərbaycan Respublikası prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə, tanınmış fotoqraf, AZpress.AZ  saytının redaktor müavini, bir sıra foto layihələrdə uğurla iştirak etmiş və bu yaxınlarda Norveçin paytaxtı Oslo şəhərində, Azərbaycanı fərdi foto sərgisi ilə yüksək səviyyədə tərənnüm etmiş Rüstəm Fərman oğlu Ismaylovun Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş fərdi foto sərgisinin rəsmi açılışı oldu. Fotoqraf Rüstəm Ismaylov sənətinin nuruna dövlət və ictimaiət nümayəndələri, sənət dostları və mediya əhli toplaşmışdılar. Sərgidə çıxış edən hər kəs Rüstəm sənətinin vurğunu olmalarını, onun əsərlərindən böyük zövq almalarını, eyni zamanda sənətkarın yüksək insani keyfiyyətlərə və ailə bağlarlna sahib olmasını xüsusi vurğulayırdılar. Əsərlərində həyatın hər bir anını əbədiləşdirməyi bacaran Rüstəm Ismaylov gənc olmasına baxmayaraq artıq Azərbaycanda və onun hüdudlarından kənarda peşəkar fotoqraf kimi tanınır. Heç şübhəsiz bu sənətə və nailiyyətlərə sahib olmasında onun müəllimi Azərbaycanın tanınmış fotoqrafı, azpress.az saytının rəhbəri Rasim Sadıqovun zəhməti əvəzsizdir, danılmazdır və təqdirəlayiqdir. Şagirdinə daim dəstək verən, onun uğurlarına sevinən Rasim müəllim, təbdirdəki çıxışında artıq Rüstəm Ismaylovun özünün də şagirdlərinin olmasını məmnunluqla vurğuladı. Ümumiyyətlə Rüstəm Ismaylovun əsərlırinə diqqət yetirdikdə, bir anlığa özünü hadisələrin mərkəzində hiss edirsən. Bu fotoqrafın daxili aləminin zənginliyindən irəli gələn bir xüsusiyyətdir ki, o da hər kəsə qismət olmur. Rüstəm elə foto sənətkarlarındandır ki, çəkiləcək anı yaxalamaq üçün saatlarca əlini "tətikdə" tutmaqdan, gözünü "nişangahda" saxlamaqdan belə yorulmaz. Zənnimcə həyatını sənətinə və insanların zövq almasına həsr edən Rüstəm Ismaylov əsl sənət fədaisidir. Sənətkarımıza gələcəkdə yeni-yeni uğurlar, bənzərsiz sənəti ilə doğma Azərbaycanımızı dünyada tərənnüm etməyi, necə ki, özü Rasim müəllimin sənət ənənələrini yüksək səviyyədə davam etdirir, eləcədə şagirdlərinin bu ənənənin layiqli davamçıları olmasını arzu edirəm. Rüstəm Ismalovu fərdi foto sərgisinin açılışı münasibətilə ürəkdən təbrik edir, ona sənətinin zirvəsini fəth etməyi və sənətsevərləri möcüzəli dünyasının töhvələri ilə sevindirməyi arzulayıram.  

Hüseyn Kərimov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !