Minsk şəhərində Azərbaycanın Əməkdar İncəsənət Xadimi Bayram Hacızadənin fərdi sərgisi açılmışdır - + FOTO

Minsk şəhərində Azərbaycanın Əməkdar İncəsənət Xadimi Bayram Hacızadənin fərdi sərgisi açılmışdır + FOTO

Bu ilin dekabr ayının 19-da Minsk şəhərində Azərbaycanın Əməkdar İncəsənət Xadimi Bayram Hacızadənin fərdi sərgisi açılmışdır. Belarus Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Sözsüz” adlı karikatura sərgisi Yakob Kolas adına muzeydə təşkil olunmuşdur. Sərgidə rəssamın 60-a yaxın müxtəlif mövzulu əsərləri nümayiş edilmişdir.
Tədbirdə Belarusun Əməkdar İncəsənət Xadimi Yakob Kolas ev muzeyinin direktoru Z.Komarovskaya, Belarusun Rəssamlar İttifaqının sədri Q.Sitniça, “Vожак” satirik jurnalının redaktoru A.Korşakeviç, “Belarus” nəşriyyat evinin baş direktoru A.Qarmaza, Azərbaycan diasporasının sədri Natiq Bağırov, eləcə də Belarusun və Ukraynanın digər tanınmış rəssamları, mətbuat işçiləri və ictimaiyyət nümayəndələri çıxış etmişlər. Çıxış edənlər bu kimi tədbirlərin iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da yüksəlməsinə xidmət edəcəyini xüsusilə vurğulamışlar. Tədbirdə rəssam Bayram Hacızadəyə iki ölkə arasında dostluğun möhkəmləndirilməsi və karikatura janrının inkişafında göstərdiyi müstəsna xidmətlərə görə Belarusun Mədəniyyət Nazirliyinin və Y.Kolas ev muzeyinin - Xüsusi Fəxri Diplomu təqdim olunmuşdur.


Azərbaycan Rəssamlar İttifaqı
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !