Kreativ gənclik sağlam cəmiyyətin keşiyində layihəsi baş tutdu - + FOTO

“Kreativ gənclik sağlam cəmiyyətin keşiyində” layihəsi baş tutdu + FOTO

 Azərbaycan Respublikasının yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən Vəfa Cahangirovanın layihə rəhbəri olduğu “Kreativ gənclik sağlam cəmiyyətin keşiyində” layihəsi sona çatıb. Layihə çərçivəsində 20 kreativ gənc sağlamlıq mövzusunda öz rəsm əsərlərini təqdim ediblər. 24-25 dekabr tarixlərində rəsm əsərlərinin sərgisi həyata keçirilib. Sərgiyə qonaq olan bir çox gənc layihənin məqsədini özündə əks etdirən rəsm əsərləri ilə tanış olublar. Tədbirin rəsmi hissəsində çıxış edən layihə rəhbəri Vəfa Cahangirova belə bir layihəni keçirməkdə ona dəstək olan Gənclər Fonduna öz təşəkkürünü bildirib. Layihənin qalibləri müəyyənləşdirilib hədiyyələr ilə mükafatlarnıb. Bununla yanaşı bütün iştirakçılar layihədə iştirakına görə sertifikatla təltif olunub. Sərgidə Yasamal rayon Gənclər və İdman idarəsinin nümayəndəsi də çıxış edərək bütün layihə iştirakçılarına və layihə rəhbərinə uğurlar arzulayıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !