Mən fəxr edirəm ki, Azərbaycanlıyam adlı Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş sərgisi keçirirlmişdir - + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

“Mən fəxr edirəm ki, Azərbaycanlıyam “ adlı Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş sərgisi keçirirlmişdir + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Vətən hər birimizin qürur mənbəyi , güvən məkanıdır. Vətənsiz daş kimə , nəyə lazımdır? Bir ovuc torpağın üçün burnunun ucu göynəyənlər var. Axı sənsiz biz kimik ki, Azərbaycan. Hər daşında sərvət yatar. Daha kimlər göz dikmədi sənə, daha kimlər səni yox etmək istəmədi ki? Bacardılarmı səni xalqdan xalqı səndən qoparmağa. Bacardılarmı səni dünyadan silməyə. Səni yox etmək istəyənlərin inadına böyüdün , zirvələrə ucalıb Azərbaycan adlı dünyaya çevrildin. Vətən sözü müqəddəsdir. Vətən sözü anadır, atadır, yardır, oğul – qızdır. Böyüdükcə böyüyən. Səni bizlər yaşadırıq səni bizlər təmsil edirik . Hər birimiz sənin üçün çalışırıq . Sənə layiq olmağa, səni dünya miqyasına çıxarmaq üçün bir oluruq. Kimi öz musiqilərilə , kimi şeirləri, əsərləri ilə , kimi də yaratdığı rəsm əsərləri ilə.Bir çox birliklər , cəmiyyətlər var ki, məhz bunun üçün birləşib komanda şəklində fəaliyyət göstərirlər.Belə birliklərdən olan “Əhalinin Maarifləndirilməsinə Mütəxəssislərin Dəstəyi “ İctimayi birliyidir ki, öz ətrafında güclü bir komanda yaradaraq Azərbaycan Adına böyük işlər görürlər . Gördükləri işlər o qədər zərif və incə ruhludur ki, insanın bu sənətə olan marağını artırır.
AZpress.AZ İnformasiya Agentliyinin verdiyi məlumata əsasən bildirirk ki, 26 dekabr 2016 cı il tarixində Xətai Sənət Mərkəzində “Əhalinin Maarifləndirilməsinə Mütəxəssislərin Dəstəyi “İctimai birliyin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam “ adlı Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş sərgisi keçirirlmişdir. Hər zaman olduğu kimi birliyə Azərbaycan Rəssamlar İttifaqi, “ Yaradıcı Qadınlar birliyi, hər zaman hər kəsə dəstək olan Xətai Sənət Mərkəzi bu birlik ətrafında birləşərək gözəl komanda şəklində maraqlı layihılırı imza atmışlar. “Mən Mən Fəxr Edirəm ki,Azərbaycanlıyam” adlı sərgi tədbirin Layihə Rəhbəri Elnurə İskəndərova, Təşkilatçısı isə Aygün İskəndərovadır.İl boyu müxtəlif maraqlı layihələrə imza atan xanımlar bu dəfə də öz layihələri ilə yüksək səviyyədə tədbirin keçirilməsinə müvəffəq oldular. Tədbirdə Bir çox tanınmış , cəmiyyət arasında sevilən insanlar işdirak edirdilər. Açılışı Professor , tanınmış rəssam Ağəli İbrahimovun Çıxışı İlə açan Elnurə İsgəndərova daha sonra Kulturoloq, Azərbaycan Almaniya cəmiiyətinin sədri Çingiz Abdullayevə, “Əhalinin Maariflənməsinə Mütəxəssislərin Dəstəyi” ictimai birliyinin yaradıcı heyyətindən lan Famil Gözəlova, xalq artisti Eldost Bayrama, İctimai Televiziya Səhər proqramları deportamentinin rəhbəri Rəşad Mehtiyevə, Əməkdar artist Naina İbrahimovaya və M.Ə. Sabir adına dövlət kitabxanasının müdiri Gülşən Abbasovaya söz verərək onların arzularını eşitmək istədiyini bildirmişdir.Yaradıcı xanımlar Elnurə və Aygün İsgəndərovaların hər zaman media Nmayəndələrinə , onların zəhmətlərinə verdikləri qiymət əlbətdə ki ,danılmazdır.Hər layihələrində onlar mediaya olan münasibətlərini müxtəlif jestlərlə təqdim etmişlər. Nəzərinizə çatdıraq ki, həm də Naina İbrahimovanın təşkilatçıları olan xanımlar bu dəfə “ Yaradıcı Qadınlar” Asosiasiyası adından xanım sənətçimiz Naina İbrahimovaya Tac Hədiyyə edərək tədbirə rəng qatmışlar.
AZpress.AZ saytının məlumatına istinadən biıdiririk ki, AZərpress.AZ İnformasiya Agentliyinin redaktor müavini foto- jurnalist Rüstəm İsmayılov “ İlin ən Fəal fotoqrafı, Saytın Müxbiri Minə Türksoy isə “ İlin Maarifçi Müxbiri” diplomuna layiq görülmüşlər. Bundan başqa həm körpə ,həm də tanınmış rəssamlar sertifikat və diplomla təltif olunmuşlar.
Hər iki xanıma Layihə rəhbəri Elnurə İsgəndərovaya və təşkilatçı Aygün İsgəndərovaya dərin təşəkkürümüzü bildirir , onlara sənət yollarında daha böyük layihələrə imza atmağı arzu edirik.
AZpress.AZ, Minə Türksoy.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !