Qubada RƏNGLİ DÜNYAM layihəsinə yeku vurulub - + FOTO

Qubada “RƏNGLİ DÜNYAM” layihəsinə yeku vurulub + FOTO

Quba rayon Gənclər və İdman İdarəsi və Quba rayon Təhsil Şöbəsinin dəstəyi ilə icra edilən “Rəngli dünyam” adlı layihə çərçivəsində istedadlı gənclərin əl işlərindən ibarət 3 günlük sərgi yekunlaşıb.
Quba Gənclər Mərkəzində keçirilən sərgidə Quba rayonunun müxətlif ərazilərində yaçan 70 nəfər gəncin 115 əl işinin nümayiş olunub.
Sərgnin son günündə münsiflər heyəti tərəfndə qalib və mükafatçılar müəyyən edilib.
Rəsmi hissədə çıxış edən layihə rəhbəri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi Çinarə İmanquliyeva ideyasının reallaşdırılmasına dəstək verdiyinə görə Gənclər Fonduna təşəkkürünü bildirib və əlavə edib ki, bu layihədə əsas məqsəd istedadı olan gənclərin cəmiyyətə tanıdılması və eyni zamanda onların həvəsləndirilməsi və bacarıqlarının daha da təkmilləşdirilməsinə dəstək olmaqdır.
Quba rayon Təhsil Şöbəsinin əməkdaşı Mehparə Rüstəmova çıxışında bildirib bu kimi layihələrin əhəmiyyəti ondadır ki, gənclər öz bacarqılarını rahat və təmənnasız olaraq sərgiləyə bilir və nəticədə digər bacarıqlı gənclərin də həvəslənməsinə yol açır.
Sonra münsiflər heyətinin qərarına əsasən 5 nəfər birinci, 7 nəfər ikinci, 9 nəfər isə üçüncü mükafata layiq görülüb. Qalib və mükafatçılar arasında şəhər məktəblərinin şagirdləri ilə yanaşı rayonun Pirvahid, Püstəqasım, Zərdabi, Qımılqazma, Barlı kənd məktəblərinin istedadlı gəncləri də yer alıb. Layihə çərçivəsində iştirakılara və mükaftçılara diplomlar, hədiyyələr təqdim edilib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !